"26 İyun – Silahlı Qüvvələr Günü: Tarixi Yol, Müzəffər Ordu və Suveren Azərbaycanın Qüruru" - DEPUTAT

"26 İyun – Silahlı Qüvvələr Günü: Tarixi Yol, Müzəffər Ordu və Suveren Azərbaycanın Qüruru" - DEPUTAT"Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü – 26 İyun, milli hərbi quruculuğumuzun və dövlət müstəqilliyimizin simvollarından biri kimi hər il xüsusi təntənə ilə qeyd olunur. Bu əlamətdar tarix, ölkəmizin güclü və mütəşəkkil ordusunun formalaşmasında, ərazi bütövlüyümüzün təmin olunmasında, dövlət suverenliyimizin qorunmasında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi liderliyi ilə sıx bağlıdır. Hələ 1969-cu ildə respublikanın rəhbərliyinə gəldikdən sonra Ulu Öndər hərbi sahədə strateji yanaşmanı formalaşdıraraq milli kadr potensialının əsasını qoydu. Bu istiqamətdə 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması mühüm dönüş nöqtəsi oldu. Sözügedən təhsil müəssisəsi milli zabit kadrların formalaşmasında mühüm rol oynadı və gələcəkdə Silahlı Qüvvələrimizin peşəkar heyət tərkibinin bünövrəsini təşkil etdi. SSRİ dövründə azərbaycanlı gənclərin hərbi ali məktəblərə, xüsusilə də Bakı Ali Birləşmiş Komandanlıq və Hərbi Dənizçilik məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına şərait yaradılması da məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi. Bu, Azərbaycanda hərb sənətinə marağı artırmaqla yanaşı, gələcək müstəqil dövlətin ordu bazasının formalaşmasına yönəlmiş strateji addım idi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, ordunun maddi-texniki təminatı, hərbi qulluqçuların sosial müdafiəsi, yeni hərbi hissələrin yaradılması, müasir silah və texnika ilə təchizat daim dövlətin diqqət mərkəzində olmuşdur:

"1990-cı illərin əvvəllərində, Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra, ölkə ciddi təhlükələrlə qarşı-qarşıya qaldı. Ermənistanın işğalçılıq siyasəti, daxili siyasi xaos və idarəolunmaz silahlı dəstələrin mövcudluğu səbəbindən dövlət müstəqilliyi təhlükə altına düşmüşdü. Bu çətin vəziyyətdə xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə silahlı dəstələri ləğv etdi və nizami ordu quruculuğu istiqamətində qətiyyətli addımlar atdı. 1994-cü ildə atəşkəs müqaviləsinin imzalanması ilə ordu quruculuğunda yeni mərhələ başlandı. Bu mərhələdə maddi-texniki təminatın gücləndirilməsi, hərbi hissələrin döyüş hazırlığının artırılması, mənəvi-psixoloji durumun möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlıq sahəsində ciddi addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun – Silahlı Qüvvələr Günü elan edildi. Bu gün həm də dövlət müstəqilliyimizin təminatçısı olan ordumuzun rəsmi bayramı kimi təsbit olundu və hər il respublika miqyasında qeyd edilməyə başlandı.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev dövlət başçısı olduğu gündən ordu quruculuğunu prioritet sahələrdən biri kimi müəyyənləşdirmişdir. Ordunun maddi-texniki təminatı, hərbi qulluqçuların sosial müdafiəsi, yeni hərbi hissələrin yaradılması, müasir silah və texnika ilə təchizat daim dövlətin diqqət mərkəzində olmuşdur.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan hərbi sənaye kompleksi bu sahədə ölkənin özünütəmin etmə səviyyəsini yüksəltdi. Hazırda Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal olunur. Yerli istehsal ordunun silah-sursat və texniki vasitələrlə təminatında əhəmiyyətli rol oynayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı 44 gün ərzində düşmənin tam məğlubiyyəti ilə nəticələndi. Ordumuz 5 şəhər, 4 qəsəbə və 300-dən çox kəndi işğaldan azad etdi. 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanat əsasında Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz geri qaytarıldı.

Bu Qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, Prezidentin sözünün, əsgərin iradəsinin və xalqın birliyinin təntənəsidir.

2023-cü il sentyabrın 19-da keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin Qarabağda qalan bölmələri zərərsizləşdirildi. 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində erməni separatçıları təslim oldu və ölkəmizin suverenliyi tam bərpa edildi.

Şanlı Qələbənin təntənəsi kimi 2020-ci ilin dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə baş tutdu. Bu tədbir qardaşlıq və qələbə rəmzinə çevrilməklə yanaşı, Azərbaycan Ordusunun qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.

İşğaldan azad olunmuş ərazilərdə inşa edilən Zəfər və İşğal muzeyləri milli yaddaşın qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bu muzeylər həm də qəhrəman şəhidlərimizin və qazilərimizin şərəfini əbədiləşdirən mənəvi abidələrdir.

26 İyun – Silahlı Qüvvələr Günü təkcə bir bayram deyil, həm də Azərbaycan xalqının öz ordusuna olan inamının və dövlətçiliyə sarsılmaz bağlılığının təcəssümüdür. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətini müasir dövrdə uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrilmişdir. Bu ordu Vətən müharibəsində, aprel və Günnüt döyüşlərində, lokal antiterror tədbirlərində öz gücünü və məharətini sübut edərək, xalqın iftixar mənbəyinə çevrilmişdir. Bu gün biz qürurla deyə bilərik: Azərbaycanın güclü ordusu var və bu ordu Azərbaycanın suverenliyinin, müstəqilliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1834   Tarix: 24 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr