Prezidentin strateji siyasəti və regionların davamlı inkişafı - AÇIQLAMA
"Regionların inkişafı barədə siyasətdən danışarkən, Cənab Prezidentin vahid strateji siyasətinə uyğun olaraq qanunvericilik sahəsində mümkün ola biləcək addımlar parlament tərəfindən atılır. Regionların inkişafında əsas hərəkətverici qüvvə Cənab Prezidentin müəyyənləşdirdiyi siyasət və bu inkişafın ön plana çıxarılmasıdır. Biz bu illər ərzində həyata keçirilən proqramlar vasitəsilə regionların tamamilə dəyişdiyinin şahidi olmuşuq".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Məmmədli danışıb.
O, açıqlamasında qeyd edib ki, hazırda isə digər regionlarımız – Qarabağ və Şərqi Zəngəzurun inkişafı nümunəsində dövlətin bu istiqamətdə gördüyü bütün işlər, iri infrastruktur layihələri, ərazilərin abadlaşdırılması, kənd təsərrüfatının qurulması və yeni idarəetmə modelinin tətbiqi ilə biz artıq fərqli bir inkişaf modelinin şahidi oluruq:
"Bu proseslərin birinci mərhələsi qanunvericiliyin təkmilləşdirilməsidir. Bu baxımdan nəzər yetirdikdə görürük ki, hazırda bələdiyyələrin birləşdirilməsi istiqamətində yeni qanunvericilik təşəbbüsü Milli Məclisdə uğurla müzakirə olunub və qəbul edilib. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklərin birinci oxunuşda qəbul olunması zamanı çox maraqlı təkliflərin irəli sürüldüyünün şahidi olduq.
Bütün bunlar regionların inkişafının qanunvericiliklə tənzimlənməsi, digər tərəfdən isə dövlət büdcəsində bu məqsədlə ayrılan vəsaitlərin artırılması ilə müşayiət olunur. Bu istiqamətdə görülən bütün işlər Cənab Prezident İlham Əliyevin rəhbərliyi və müəyyən etdiyi siyasətə uyğun şəkildə həyata keçirilir".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtiasdi inkişafının təşviq edilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?