Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq (SİYAHI)

Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq (SİYAHI)Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.

Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

- orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat;
- ailə başçısını itirməyə görə 140 manat;
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat;
- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat;
- beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat;
- övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat;
- himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 manat, 7–13 yaş arası uşağa görə 600 manat, 14–18 yaş arası uşağa görə 650 manat;
- uşağın anadan olmasına görə 600 manat;
- dəfn üçün 600 manat.

Sabahdan həmçinin Prezident təqaüdlərinin məbləği də artırılacaq. Təqaüdlərin aylıq məbləğləri aşağıdakı kimi müəyyən olunub:

- "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə 2 200 manat;
- Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2 000 manat;
- şəhid ailəsi üçün 700 manat;
- 20 Yanvar şəhidinin ailəsi üçün 700 manat;
- Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 manat;
- müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə:
* orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 manat;
* orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat;
* orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat;
* orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 manat;
* ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 manat;
- ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 manat.

Eyni zamanda, iyulun 1-dən Prezidentin fərdi təqaüdünün məbləği 1 700 manat, fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 manat müəyyən edilib. Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

Eyni zamanda sabahdan qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qeyd edək ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1820   Tarix: 30 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Azərbaycanda elektron satınalmaların dəyəri 2,3 milyard manatı ötüb

Azərbaycanda bu ilin yanvar-iyul aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 % artaraq 4 596 olub. bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, elektron satınalmaların məbləğ

14 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Brent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü

İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare

3 sentyabr
.

ASCO-nun mənfəəti 38 dəfə artıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa vurub. səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur. Yanvar-iyun aylarında ASCO-nun əməliyyat gəlirləri 256,42

4 sentyabr
.

Avtomobil bazarında qiymətlər artacaq? - AÇIQLAMA

Avtomobil bazarında son dövrdə canlanma və tələbin artması qiymətlərin gələcək dinamikası ilə bağlı suallar yaradır. Eyni zamanda, avtomobil idxalının həcmi, yeni modellərin bazara daxil olması və valyuta məzənnəsi qiymətlərə təsir edən əsas amillər sırasındadır. 2025-ci ildə Azərbaycana minik avtomobil

10 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr