Ermənistanda daxili gərginlik və Avropa Təsisatlarının ikiüzlü susqunluğu - AÇIQLAMA

Ermənistanda daxili gərginlik və Avropa Təsisatlarının ikiüzlü susqunluğu - AÇIQLAMA"Bu günlərdə Ermənistanda revanşistlərin "ata ocağı" olan, ictimaiyyət üzərində ciddi təsirə malik kilsə və onu bəsləyən Sarkisyan, Koçaryan, Petrosyanlara daha bir zərbə vuruldu. Baş verən hadisələri rəsmi Yerevan konkret hüquq pozuntuları, o cümlədən "dövlət çevrilişinə cəhd", "qanunsuz aksiyaların təşkili", "hakimiyyətə qarşı zor tətbiqi" kimi qiymətləndirir. Yəni texniki baxımdan Paşinyan hakimiyyəti qanun çərçivəsində hərəkət etdiyini iddia edir və formal hüquqi baza bunu müəyyən qədər təsdiqləyə də bilər".

Bu sözləri Sonxeber.az Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, problem ondan ibarətdir ki, bu cür hadisələr, normal şəraitdə insan hüquqlarının pozulması kimi qiymətləndirilərək beynəlxalq ictimaiyyətdə, xüsusilə "insan hüquqları" ilə bağlı beynəlxalq təşkilatlarda narahatlıq doğurmalı idi:

"Lakin burada diqqət çəkən məqam Qərb təsisatlarının və "demokratiyanın müdafiəçisi" kimi çıxış edən qurumların – Ermənistandakı bu anti-demokratik proseslərə tamamilə göz yummasıdır.
Burada əsas məsələ Paşinyan hökumətinin haqlı və ya haqsız olmasından çox, insan hüquqlarının beynəlxalq miqyasda necə şərh edildiyi və tətbiq edildiyidir. Demokratiya və hüquqi dövlətdən dəm vuran Avropa Şurası, ATƏT, Avropa Parlamenti və digər Qərb strukturlarının Ermənistandakı bu cür repressiv tədbirlərə susması, ikili standartların bariz nümunəsidir.
Qərb təsisatları üçün hüquqdan çox geosiyasi maraqlar, demokratiyadan çox ideoloji yönləndirmə önəmlidir. Onlar üçün Ermənistandakı siyasi sabitliyin qorunması, Paşinyanın mövqedə qalması regiondakı böyük planlar üçün daha uyğundur. Ona görə də insan hüquqları bu kontekstdə yalnız alətə çevrilir, prinsipə deyil.
Avropa təsisatlarının bu susqunluğu bir daha sübut edir ki, onların insan hüquqları, demokratiya və azadlıq kimi şüarları yalnız geosiyasi maraqlarına uyğun olan ölkələrə təzyiq vasitəsi kimi istifadə olunur. Ermənistan isə onların siyasi orbitində olduğundan, oradakı hüquq pozuntuları ya görməzlikdən gəlinir, ya da "daxili məsələ" kimi təqdim olunur".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1334   Tarix: 30 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr