"O vaxt onlara dönər alırdım, indi "cip"də gəzirlər..."
"10-15 ildir teatrdan uzaqlaşmışam. Akademik Musiqili Komediya Teatrından küsüb getdim. İndi təqaüd alıram. Övladlarım, kürəkənim olmasa, bir gün də qala bilmərəm…"
"Qafqazinfo" xəbər verir ki, bunu aktyor Allahverdi Yolçuyev ARB TV-də yayımlanan "Bir gün" verilişində deyib.
Aktyor xəstəliyindən, ondan uzaqlaşan dostlarından danışıb: "Ayıbdır, gedib qapı döyüb kimdənsə maddi nəsə istəyim. Bu vəziyyəti gözləməzdim. Məni toy-düyünə aparmırlar. Həm də oradakı səs-küy mənə pis təsir edir. Lakin pozitiv adamam, heç vaxt heç kimdən nəsə ummaram. Amma mən xəstə olanda bir sıra dostlarım gəlmədi. Evimdə, ailəmdə olan insanlar, o vaxt dönərin dəb olan vaxtı onlara ürəyim ağrıyırdı, dönər alırdım. İndi "cip"lərdə gəzirlər. Ancaq unutmaq pisdir. Bir gün sən zəngin ola bilərsən, bir gün mən...
… Mən əməliyyat olunmaq istəmirdim. Mənə dedilər ki, artıq gecdir. Sən demə gec deyilmiş... 2015-ci ildə anam dünyasını dəyişdi, o vaxtdan məndə panik atak, əsəb yarandı. Anam sağ olsaydı, mən yenə başımı onun dizlərinə qoyardım…"
A. Yolçuyev, həmçinin öz sənətindən başqa işlərlə də məşğul olaraq pul qazandığını deyib: "Mən orta məktəbdə oxuyanda göyərti satmışam. Görürdüm çətinlik olur, 11 yaşında uşaq yekə çantanı götürüb gedirdim bazara, ucuz alıb gətirib satırdım. 6-cı mkr-da - "Vorovski"də yaşamışam, istəyirdim məni orada görməsinlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyulPrezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrAlim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."
Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"
5 avqustBöyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)
Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə
16 sentyabrElçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd
29 iyulŞarovski II Fəxri xiyabanda dəfn olunacaq
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib
9 sentyabr1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabr