AMEA prezidenti: "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradıb"
"Nəriman Həsənzadə sovet ideologiyasının buxovlarını yumşaldaraq Azərbaycan ədəbiyyatını real həyata yaxınlaşdıran sənətkarlardan biri idi".
Oxu.Az xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib.
Akademik bildirib ki, Nəriman Həsənzadə Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Nəbi Xəzri, İsa Hüseynov, Fikrət Qoca və Məmməd Araz kimi görkəmli ədiblərlə birlikdə Azərbaycan ədəbiyyatında yeni mərhələnin formalaşmasında mühüm rol oynayıb.
Onun sözlərinə görə, şair Azərbaycan ədəbiyyatının müxtəlif dövrləri arasında mənəvi və bədii körpü yaradıb.
İsa Həbibbəyli vurğulayıb ki, Nəriman Həsənzadə başdan-başa lirika hadisəsi idi:
"Onun yüzlərlə yaddaqalan, həzin və səmimi lirik şeirləri ilə yanaşı, nitqi də, danışığı da, təbiəti də lirika üzərində qurulmuşdu. Adama elə gəlirdi ki, Nəriman Həsənzadə yeriyən, yaşayan, hərəkətdə olan bir lirika abidəsidir".
O qeyd edib ki, Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatına mühüm yeniliklər gətirib:
"Ona qədər lirik və epik poemalar yazılsa da, dramatik poemanın ən mükəmməl nümunələrini ilk dəfə Azərbaycan ədəbiyyatına Nəriman Həsənzadə gətirib".
Akademik əlavə edib ki, şairin "Atabəylər" dramı Azərbaycan dramaturgiyasının ən dəyərli nümunələrindən biridir:
"Atabəylər" dramı mənə görə yalnız Səməd Vurğunun "Vaqif" və "Mənsur" tarixi dramları ilə müqayisə oluna biləcək mükəmməl sənət əsəridir".
İsa Həbibbəylinin sözlərinə görə, Nəriman Həsənzadə elmi fikrin inkişafına da mühüm töhfələr verib:
"O, Azərbaycan ədəbiyyatının öyrənilməsinə tədqiqatçı kimi də böyük xidmət göstərib, tarixi və elmi faktları bədii əsərə çevirməyin mükəmməl nümunələrini yaradıb".
Sonda AMEA prezidenti vurğulayıb ki, Nəriman Həsənzadə cismani olaraq bu dünyadan köçsə də, əsərləri ilə əbədiyyət qazanıb:
"Bu gün o, cismani olaraq aramızdan ayrılsa da, əsərləri ilə əbədi yaşamaq haqqını qazanıb".
Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14 avqustZeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd
11 avqustMehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım
Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"
3 avqustƏməkdar artist komaya düşüb
Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır
7 sentyabrAleksandr Şarovski ilə vida mərasimi keçirilir
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrXalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır
Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla
20 iyulRəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"
Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda
8 iyulPikassonun tablosu 1,7 milyon dollara satıldı
İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo
26 iyun