Elarizin qızı ifadə verdi
Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı qaldığı yerdən davam edib.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Nizami Alışanın həyat yoldaşı, Amerikada yaşayan müğənni Elarizin qızı olan Günel Alışan əlavə şahid kimi ifadə verib.
O, yoldaşının saxlanıldığı günü və bu barədə digər məsələləri dəqiqləşdirmək üçün tərəflərin suallarını cavablandırıb.
Xanım şahid deyib ki, həyat yoldaşı ilə saxlanıldığını bildiyi tarixdən 8 gün əvvəl əlaqəsi kəsilib: "Aprelin 9-u axşamçağı zəng etdim, telefonuna zəng çatmadı. Bundan sonrakı günlərdə də heç bir xəbər ala bilmədim. 24 saat sonra polisə müraciət etdim. Araşdırma başlanandan bir gün sonra-aprelin 11-i Nizami zəng elədi. Dedi ki, Kibercinayətkarlıqla Mübarizə İdarəsindədir. Beş gün sonra yenidən mənə zəng etdi, saxlanıldığı idarəyə gəlməyimi istədi. Mən gedəndən sonra vəkilindən imtina etmək istədiyini dedi. Amma imtina ərizəsi yazana kimi, Nizamini Kürdəxanıya göndərdilər".
Şahid yalnız ərinin saxlanılması anı ilə bağlı danışıb, digər sualları cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, Nizami Alışan eyni zamanda AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1449 Tarix: 30 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı
Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal
8 sentyabr 2021Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB
Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B
1 sentyabr 2021DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib
2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə
17 sentyabr 2021Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı
Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə
1 sentyabr 2021Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü
Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo
30 avqust 2021Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı
Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo
21 avqust 2021