"Azərbaycanlılara qarşı törədilən zorakılıq aktları yalnız fərdi hadisələr deyil, sistemli diskriminasiyanın təzahürüdür" - AÇIQLAMA

"Azərbaycanlılara qarşı törədilən zorakılıq aktları yalnız fərdi hadisələr deyil, sistemli diskriminasiyanın təzahürüdür" - AÇIQLAMA"Əlbəttə, bu məsələ sırf kriminal hadisələrin təsadüfi artımı kimi qiymətləndirilə bilməz. Rusiyada azərbaycanlılara və digər Orta Asiya xalqlarına qarşı artan zorakılıq halları struktur xarakteri daşıyır və siyasi-ideoloji zəminə söykənir. Bu proses həm imperiya nostalgiyasının dirçəlişi, həm də daxili siyasi-sosial gərginliyin "yad elementlər" üzərindən boşaldılması cəhdidir. Rusiya hakimiyyətinin yaratdığı "əvvəl rus" ideologiyası açıq şəkildə monoetnik dövlət qurmaq istəyini göstərir".

Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

O, açıqlamasında qeyd edib ki, ideoloji fonda neosovinist ritorika güclənib, rus olmayan xalqların demonizasiyası aparılır. Mətbuat, ekspert cameəsi və bəzi rəsmi dairələr miqrantları təhlükə kimi təqdim edir:

"Əslində, bu gərginliyin arxasında Kremlin öz sosial-iqtisadi problemlərini etnik günah keçiləri üzərindən gizlətmək taktikası dayanır.

Xarici siyasətdə uğursuzluqlar, Ukrayna müharibəsinin fəsadları və daxildəki sosial tənəzzül günahkar axtarışını zəruri edib. Bu günahkar isə əfsuslar olsun ki, "miqrant" obrazında formalaşdırılıb. İctimai şüura yeridilən "təhlükəli gəlmə" tezisi Rusiya cəmiyyətində etnik nifrəti sistematik şəkildə dərinləşdirir.

Əgər bu proses qarşısıalınmaz şəkildə davam edərsə, bu, Rusiyanı çoxmillətli dövlət statusundan tam uzaqlaşdıracaq. Azərbaycanlılara qarşı törədilən zorakılıq aktları yalnız fərdi hadisələr deyil, sistemli diskriminasiyanın təzahürüdür. Bu həm də Rusiyanın beynəlxalq imicinə ciddi zərbə vurur.

Bütövlükdə, bu, Rusiya daxilindəki avtoritar idarəçiliklə, iqtisadi tənəzzüllə və mərkəzdənqaçma meyllərinə qarşı qorxu ilə bağlıdır. Kremlin milli məsələlərdə sərgilədiyi qeyri-konstruktiv və aqressiv yanaşma post-sovet məkanında da ciddi narahatlıq doğurur. Təəssüf ki, bu zorakılıq halları hələ ki, yalnız artmaqda davam edir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1695   Tarix: 01 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr