İzləmə, çiplər və süni intellekt - Britaniya "gələcəyin məhkum nəzarəti"ni planlaşdırır
Böyük Britaniyada texnologiya şirkətləri hökumətə məhkumların izlənməsi üçün dərialtı cihazlar, robot nəzarətçilər və pilotsuz nəqliyyat vasitələri tətbiq etməyi təklif ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Bu təkliflər ölkənin ədliyyə naziri Şabana Mahmud ilə Londonda keçirilən görüşdə səsləndirilib. Görüşdə "Google", "Amazon", "Microsoft" və "Palantir" kimi nəhəng texnologiya şirkətləri də iştirak ediblər.
Nazir bildirib ki, həbsxanalarda yerlərin çatışmaması və probasiya xidmətinin yüklənməsi səbəbindən, müasir texnologiyalarla "həbsxana xaricində nəzarət sistemi" qurmaq istəyirlər. Bu, məhkumların fiziki olaraq həbsxanada yox, texnologiya vasitəsilə izlənməsi deməkdir.
Təkliflərə daxildir:
- Dəri altına yerləşdirilən izləmə cihazları,
- Davranışa nəzarət edən süni intellekt sistemləri,
- Məhkumların daşınması və idarə olunması üçün robotlar və pilotsuz maşınlar.
Texnologiya şirkətləri bildiriblər ki, bu üsullar həm təkrar cinayət hallarını azaldar, həm də dövlətin yükünü yüngülləşdirə bilər.
Ancaq hüquq müdafiəçiləri bu ideyaları "qorxulu və antitutopik" adlandırıblar. "İnsanlara dərialtı çip yerləşdirilməsi və onların gələcək davranışlarını texnologiya ilə proqnozlaşdırmaq çox narahatedicidir", - deyə "Foxglove" təşkilatının təmsilçisi Donald Campbell bildirib.
Onun sözlərinə görə, belə texnologiyaların yanlış tətbiqi bərpaolunmaz nəticələrə gətirib çıxara bilər.
Qeyd edək ki, bu təşəbbüs Leyborist hökumətinin dövlət xidmətlərini - o cümlədən ədliyyə sistemini süni intellekt və texnologiya ilə modernləşdirmə planının bir hissəsidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 693 Tarix: 02 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabr269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)
Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini
21 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrBank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabr"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"
"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı
21 sentyabr