Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
Danimarka parlamentinin iyunun 11-də qəbul etdiyi qanuna əsasən, bu gündən etibarən yaşı 18-dən yuxarı olan bütün qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq və püşkatma sisteminə daxil ediləcək.
Milli.Az-ın xarici mediaya istinadla xəbərinə görə, Danimarkada qanunda edilən dəyişiklik qüvvəyə mindikdən sonra, qadınlar da 18 yaşına çatdıqda 11 ay müddətində hərbi xidmətə çağırıla bilərlər.
Yeni qanuna əsasən, Danimarka parlamenti qadınların da kişilər kimi lotereya sistemi ilə hərbi xidmətə seçilməsini nəzərdə tutan qaydaları qəbul edib. Bu sistemə əsasən, bütün gənclər - həm oğlanlar, həm də qızlar - hərbi xidmətə cəlb oluna bilər.
Bu dəyişiklik Avropada artan təhlükəsizlik narahatlıqları fonunda NATO ölkələrinin müdafiə xərclərini artırması ilə əlaqədar həyata keçirilib.
İndiyə qədər isə Danimarkada qadınlar 18 yaşa çatdıqda yalnız könüllü şəkildə hərbi xidmətə qoşula bilirdilər. Yeni qanunla bu artıq məcburi əsasda da tətbiq oluna biləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1322 Tarix: 02 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabr269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)
Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini
21 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrBank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabr"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"
"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı
21 sentyabr