Qadın polislərimiz: Onların sayı nə qədərdir?
Bu gün Azərbaycan polisinin peşə bayramıdır. 107 illik tarixi olan daxili işlər orqanları ölkənin suverenliyinin, təhlükəsizliyinin və ictimai asayişin təmin olunmasında mühüm rol oynayıb.
Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi sistemində ümumilikdə 30 min 410 nəfər çalışır. Burada xidmət edən əməkdaşların 10%-ni (4041 nəfər) qadınlar, 90%-ni kişilər təşkil edir. Daxili işlər orqanlarında rəhbər vəzifələrdə 61 qadın əməkdaş xidmət edir. 2024-cü ildə daxili işlər orqanlarında xidmətə qəbul olunan qadın əməkdaşların sayı 2023-cü illə müqayisədə 1,6% artaraq ümumilikdə 13,6% təşkil edib.
Belə ki, həmin ildə daxili işlər orqanlarında işə qəbul edilən 3507 nəfərin 3217-i kişilər, 290-ı isə qadınlar olub.
Onu da qeyd edək ki, son beş il ərzində - 2020-2024-cü illər ərzində Polis Akademiyasına qəbul olunan şəxslərin ümumi sayı 2 min 444 nəfər olub. Bu dövrdə Akademiyaya qəbul olunanların 2429-u kişi, 15-i isə qadın olub.
İllər üzrə qəbul göstəriciləri aşağıdakı kimidir:
2020-ci il: 372 nəfər qəbul olunub. Onlardan 369-u kişi, 3-ü qadın olub.
2021-ci il: Ümumi qəbul sayı 402 nəfər, bunun 400-ü kişi, 2-si qadın olub.
2022-ci il: Cəmi 424 nəfər qəbul olunub. Onlardan 421-ni kişilər, 3-nü qadınlar təşkil edib.
2023-cü il: Ümumi qəbul sayı 529 nəfər, bunun 524-ü kişi, 5-i qadın olub.
2024-cü il: Cəmi 717 nəfər qəbul edilib, 715-i kişi, 2-si qadın olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 923 Tarix: 02 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabr269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)
Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini
21 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrBank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabr"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"
"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı
21 sentyabr