Bakıda biznesmen dostunu tanışları ilə birlikdə izlədi, blokda isə... - TƏFƏRRÜAT

Bakıda biznesmen dostunu tanışları ilə birlikdə izlədi, blokda isə... - TƏFƏRRÜATBakının Nərimanov rayonunda iş adamı Bəxtiyar Babayevə basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin üzvü Yusif Əliyevin məhkəməsi başa çatıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Naxçıvan şəhər sakini, 1979-cu il təvəllüdlü Y.Əliyev tanışı B.Babayevin valyutadəyişmə işi ilə məşğul olduğunu əvvəldən bilib.

İttihama görə, hadisə günü iş adamı yarım milyon manata yaxın pulunun (rubl, dollar və manatdan ibarət) təhlükəsizlik məqsədilə yerini dəyişib. O, pulları noutbuk çantasına yığaraq Yasamal rayonu ərazisindəki evindən Nərimanov rayonunda yerləşən evinə gətirib.

Yusif Əliyev bundan məlumatlı olduğu üçün tanışları Faiq və Elşən adlı şəxsləri həmin binaya göndərib, orada həmin şəxslər pusqu qurublar. Özü isə kənarda avtomobildə gözləyib.

Bəxtiyar binaya daxil olarkən Faiq ona hücum edib və pulla dolu çantanı götürərək qaçıb. Onlar avtomobillə ərazidən uzaqlaşıblar və pulları aralarında bölüblər.

Bundan sonra Yusif ölkədən qaçıb. Faiq və Elşən isə tutulub. Daha əvvəl keçirilmiş məhkəmə prosesinin nəticəsində Faiq və Elşənin hər birinə 11 il həbs cəzası verilib.

2023-cü ilin mayında Rusiyada tutulduqdan sonra Azərbaycana ekstradisiya olunan Yusif Əliyevin cinayət işi üzrə ayrıca icraat üzrə araşdırma başlanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Yusif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun ifadəsinə görə, cinayət hadisəsi baş verən ərəfədə onun həyatında elə şeylər baş verib ki, o, bu cinayət əməlini törətməyə məcbur olub: "Buna səbəb isə mənim övladım və pulla bağlı məsələlərdir. Mən bir iş gördüm və bu işin nəticəsində də külli miqdarda pul vəsaiti itirdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, iş adamına basqında Faiq və Elşən də iştirak ediblər: "Faiqi tanımıram, amma Elşəni tanıyıram. Yəni mən Elşənə bu məsələ barədə danışmışam. Elşən isə mənə narahat olmamağımı, hər bir məsələni özü həll edəcəyini və hər bir şeyi özü edəcəyini bildirdi. Bəxtiyarı xarici valyuta mübadiləsi ilə məşğul olan bir şəxs kimi tanımışam. Mən blokda baş verən cinayət hadisəsində iştirak etməmişəm. O zaman avtomobildə əyləşmişdim. Eləcə də avtomobili blokdan xeyli aralıda saxlamışdım".

Yusif qeyd edib ki, Bəxtiyara qarşı heç bir cinayət əməli törətməyib: "Yəni Bəxtiyarın əllərini tutmamışam, müqavimətini qırmamışam və onu vurmamışam. Bəxtiyara qarşı heç nə etməmişəm. Bəxtiyara heç bir xəsarətin yetirilməyəcəyi tapşırılıb. Yəni deyilib ki, ancaq Bəxtiyarın əlindən çantanı qaparaq gedəcəklər. Mən sonradan bildim ki, Bəxtiyara xəsarət yetirilib. Heç Bəxtiyarın əlində çantanın olub-olmadığını da bilməmişəm. Mən cinayət hadisəsi zamanı ümumiyyətlə Bəxtiyarı, eləcə də Bəxtiyarın bloka necə girməsini görməmişəm. Çünki cinayət hadisəsi yerindən çox aralıda avtomobildə olmuşam. Sonra Elşən və Faiq çanta ilə birgə gəldilər və avtomobilə əyləşdilər. Faiq Bəxtiyarın çiyninə vuraraq çantanı aldığını bildirdi. Həmin çantadakı pulun miqdarı yadımda deyil. Amma çantadakı pulu üç yerə böldük. Mənə 69-70 min ABŞ dolları məbləğində pul çatıb".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Bəxtiyarın sözlərinə görə, ailə üzvləri ilə birlikdə Yasamal rayonunda yaşayır: "Mənim əlavə olaraq Nərimanov rayonunda mənzilim var. Həmin mənzildə heç kim yaşamayıb. Hərdən həmin mənzilə gedərək baş çəkirəm. Təxminən 2000-ci ildən 2015-ci ilədək valyuta dəyişmə məntəqəsi işlətmişəm. Həmin fəaliyyətdən müəyyən qədər pul yığmışam".

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ildə yaşadığı Yasamal rayonundakı mənzildən çıxarkən yığdığı 215 min ABŞ dolları, 200 min Rusiya rublu və 108 min manat məbləğində pulu özünə məxsus kompyuter çantasının içinə qoyub, özü ilə götürüb: "Həmin vaxt mənim ailə üzvlərim Türkiyə Respublikasında olublar. Məndən başqa mənzildə heç kəs qalmayıb. Buna səbəb isə yaşadığım mənzildə pul saxlamaq istəməmişəm. Ona görə də pulu çantaya qoydum və Nərimanov rayonundakı evimin qarşısına gəldim ki, həmin binadakı mənzilimə baş çəkim. Həmin gün saat 12:40-da binanın həyətinə daxil olan zaman həyətdə heç kəsi görmədim. Mənzilin yerləşdiyi bloka yaxınlaşdım və blokun giriş qapısında şifrə yığdım. Qapı açıldıqdan sonra bloka daxil oldum. Sonra ikinci mərtəbəyə qalxmağa başladım. Birinci mərtəbə ilə ikinci mərtəbə arasında olan dəhlizdə olan zaman yuxarı mərtəbədən pilləkənlərlə əvvəllər tanımadığım, təxminən 35-40 yaşlarında bir nəfər kişinin aşağı düşdüyünü gördüm. Həmin kişi mənə çatdıqdan sonra heç bir söz demədən qəflətən sifətimə, başıma yumruqla vurmağa başladı. Qəflətən yumruqla zərbə endirdiyindən özümü itirdim və ona müqavimət göstərə bilmədim. Yumruq zərbələrinin təsirindən yerə yıxıldım. Yerə yıxıldıqdan sonra həmin şəxs sifətimə və başıma yumruqla zərbə vurmağa davam etdi. Həmçinin əlimdəki çantanı almağa çalışdı. Çantada külli miqdarda pul olduğundan onu əlimdən buraxmadım. Əksinə çantanı özümə tərəf çəkərək sıxdım. Lakin hücum edən şəxs mənə zərbələr endirməyə davam etdiyindən çantanı buraxmaq məcburiyyətində qaldım. Bundan istifadə edən həmin şəxs çantanı aldı və dərhal oradan getdi. Cinayət nəticəsində mənə ümumilikdə 479 min manat məbləğində ziyan vurulub".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Yusif 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılıb. 2024-cü ilin yanvarın 26-da keçirilən proses zamanı təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina edib.

Buna görə də hakimlər heyəti onun şikayətinə baxılmasına xitam verib. Amma daha sonra təqsirləndirilən şəxs şikayətinə yenidən baxılması üçün Ali Məhkəməyə müraciət edib.

Daha yuxarı instansiya məhkəməsində işə baxan hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, onun şikayəti təmin olunmayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2458   Tarix: 02 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli forması: geyim qaydasından daha çox bərabərlik, intizam və məktəb mədəniyyəti məsələsi

Məktəbli forması məsələsi ilk baxışdan sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsi ilə bağlı qayda kimi görünə bilər. Lakin bu məsələ daha geniş sosial və pedaqoji məna daşıyır. Vahid məktəbli geyimi məktəb mühitində bərabərlik, nizam-intizam, kollektivə aidlik, təhlükəsizlik, rahatlıq və təhsi

22 sentyabr
.

Vahid məktəbli formasının əsas məqsədi səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır

"Vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid və səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyəti yaradılmalıdır. Burada əsas prinsiplərdən biri də bərabərliyin təmin olunmasıdır. Sosial statusundan

22 sentyabr
.

Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir

Məhsul şəhadətnaməsi ilə bağlı tələblər müəyyənləşir. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, mülkiyyətində, istifadəsind

20 sentyabr
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21 sentyabr
.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr
.

Bakının üç rayonunda işıq olmayacaq

Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v

22 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA

Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu

21 sentyabr
.

"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"

"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı

21 sentyabr