"Özbəkistan Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrimiz üçün əlamətdar və tarixi bir gündür" - DEPUTAT

"Özbəkistan Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrimiz üçün əlamətdar və tarixi bir gündür" - DEPUTAT"2 iyul 2025-ci il tarixində Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ölkələrimiz üçün əlamətdar və tarixi bir gündür. Ölkə başçılarının bu görüşü əslində Azərbaycanla Özbakistanın strateji, müttəfiqlik və dostluq münasibətlərinin inkişafına böyük və əhəmiyyətli töhfə verən, həmçinin ikitərəfli fəaliyyət məsələlərinin, eləcə də bir çox plan və layihələrin həll edilməsinə yönəldilmiş tarixi bir hadisədir".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışı.

O, açıqlamasında qeyd edib ki, Özbəkistan Respublikası çox yüksək potensial imkanlara malik olan və ölkələrimizin qarşılıqlı fəaliyyəti nəticəsində uğurlu nailiyyətlərə birgə addım ata biləcəyi müttəfiq ölkələrdən biridir:

"Təbii ki, son zamanlar Özbəkistanın sürətli inkişafı, ölkədə bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsi, həmçinin beynəlxalq arenada yüksəlməsi və iqtisadi potensialının daha da güclənməsi buna əyani sübutdur.

Bu səbəbdən də Azərbaycanla Özbəkistan arasında yaradılmış Birgə İnvestisiya Fondu üçün hazırlanmış 10-dan artıq layihənin investisiya qərarlarının qəbulu barədə fikirlər müzakirə edilib. İlkin olaraq layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan İnvestisiya Fondunun nizamnamə kapitalının 500 milyon dollar olmasına baxmayaraq, ölkələrimiz bir çox biznes, iqtisadi və digər perspektivi olan sahələrin inkişafı nəticəsində həmin nizamnamə kapitalını daha da artırmaq niyyətindədirlər.

Ölkələrimizin əməkdaşlığının əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılması və daha da inkişaf etdirilməsidir ki, bununla da Xəzər dənizindən Azərbaycana və Mərkəzi Asiya regionuna nəqliyyat-logistika sahəsinin inkişaf etdirilməsi planlaşdırılır.

Özbəkistanın Azərbaycana verdiyi böyük töhfələrdən biri də kənd təsərrüfatı, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrin qurulması və bu sahələrə sərmayə qoyulmasıdır ki, bir neçə Özbəkistan şirkətlərinin, kənd təsərrüfatı müəssisələrinin və kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin Azərbaycanda fəaliyyəti hər iki ölkənin iqtisadi durumuna müsbət təsir göstərəcəkdir.

Mərkəzi Asiya ölkələri arasında Özbəkistan xüsusilə seçilən və Azərbaycanın strateji tərəfdaşlıq etdiyi ölkələrdəndir ki, bu tərəfdaşlıqlar və münasibətlər bir çox aspektlərdə özünü göstərir. Hətta ölkələrimizin strateji tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətində bir çox sahələri əhatə edən 200-dən artıq mühüm sənədlər imzalanmış, layihələr razılaşdırılmışdır.

Azərbaycanın rəsmi səviyyədə müttəfiqlik müqaviləsi bağladığı dörd dövlətdən biri də Özbəkistandır ki, bu müttəfiqlik ölkələrimiz arasında həm hökumətlər səviyyəsində, həm də xalqlar səviyyəsində inkişaf etdirilir.

Təsadüfi deyi ki, 44 günlük müharibədən sonra Azərbaycan tərəfindən Qarabağ bölgəsinin bərpası və abadlaşdırılması üçün ilk təşəbbüs gösətərən və yardım edən ölkə Özbəkistan Respublikası olmuşdur. Məhz Qarabağda ilk sosial təhsil infrastrukturu olan və özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəbin inşası Özbakistan tərəfindən həyata keçirilmişdir. Bundan başqa Xankəndi şəhərində 200-dən çox insanın çalışdığı tikiş fabriki də Özbəkistan Respublikası tərəfindən inşa edilmişdir ki, bu gün bu müəssisə əhalinin məşğulluğunun təmin edilməsinə öz müsbət təsirini göstərir.

Məzh elə bütün bu səmimi davranışların və dostluq münasibətlərinin nəticəsi olaraq ölkəmizdə Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binası inşa edilmiş, eləcə də Bakı şəhərinin müasir urbanizm layihəsi olan "Ağ şəhər"-də 5 hektara yaxın ərazidə "Özbəkistan" parkının yaradılması planlaşdırılmışdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2509   Tarix: 03 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr