"Azərbaycan bu tədbir vasitəsilə həm milli maraqlarını, həm də regional tərəfdaşlıq çağırışlarını balanslı şəkildə ortaya qoyur" - DEPUTAT

"Azərbaycan bu tədbir vasitəsilə həm milli maraqlarını, həm də regional tərəfdaşlıq çağırışlarını balanslı şəkildə ortaya qoyur" - DEPUTAT"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) çərçivəsində keçirilən növbəti yüksək səviyyəli tədbirə ev sahibliyi etməklə regional əməkdaşlıq və iqtisadi inteqrasiya istiqamətindəki öhdəliklərini bir daha nümayiş etdirdi. Bu tədbir ECO-ya üzv dövlətlərin nümayəndələrini, beynəlxalq təşkilatların təmsilçilərini və ekspertləri bir araya gətirərək iqtisadi, nəqliyyat, enerji, ticarət və ekoloji sahələrdə əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm platforma yaratdı".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, ECO tədbiri üzv ölkələr arasında iqtisadi bağların dərinləşdirilməsi, dayanıqlı inkişafın təşviqi, ticarət həcminin artırılması və infrastruktur layihələrinin koordinasiyası baxımından xüsusi əhəmiyyət daşıyır:

"Azərbaycan bu tədbir vasitəsilə həm öz milli maraqlarını, həm də regional tərəfdaşlıq çağırışlarını balanslı şəkildə ortaya qoyur.
Tədbir zamanı nəqliyyat dəhlizləri ilə ECO ölkələri arasında əlaqələrin genişləndirilməsi, yaşıl enerji və iqlim dəyişikliyi – COP29-un ev sahibi ölkə kimi, qida və su təhlükəsizliyi – regionda iqlim dəyişikliyinin doğurduğu yeni çağırışlara cavab olaraq ECO çərçivəsində birgə layihələrin təşviqi, rəqəmsal transformasiya – ticarət, logistika və informasiya axınının rəqəmsallaşdırılması vasitəsilə inteqrasiyanın sürətləndirilməsi kimi sahələrə xüsusi diqqət ayırılıb.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ilə qurduğu münasibətlər ölkənin regional və beynəlxalq iqtisadi sistemdə fəal və təşəbbüskar mövqeyini aydın şəkildə ortaya qoyur. 1992-ci ildən ECO-ya üzv olan Azərbaycan bu platforma çərçivəsində ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ətraf mühit sahələrində mühüm əməkdaşlıq təşəbbüsləri irəli sürür.
ECO ilə əməkdaşlıq Azərbaycanın yalnız iqtisadi deyil, eyni zamanda mədəni, elmi və humanitar əlaqələrinin də inkişafına töhfə verir. Bu təşkilat çərçivəsində Azərbaycan sülh, sabitlik və davamlı inkişaf naminə regional təşəbbüslərin fəal iştirakçısı kimi çıxış edir.
Azərbaycanın ECO məkanında irəli sürdüyü layihələr – Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub Qaz Dəhlizi – regionun nəqliyyat və enerji xəritəsini dəyişdirən strateji təşəbbüslərdir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu üzv dövlətlər üçün tam açıqdır və ölkəmiz bu sahəyə milyardlarla sərmayə yatırıb. Bu layihələr vasitəsilə Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən aparıcı tranzit və enerji qovşağına çevrilib. Şərq-Qərb Orta Dəhlizi və Trans-Xəzər marşrutu kimi təşəbbüslərdə Azərbaycanın rolu xüsusilə önəmlidir.
Azərbaycan daha öncə 2006 və 2012-ci illərdə ECO-nun IX və XII Zirvə görüşlərinə ev sahibliyi edib. Həmin tədbirlərdə enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, ekoloji məsələlər və davamlı inkişaf üzrə mühüm qərarlar qəbul olunub. Bu gün isə Bakı növbəti – 17-ci ECO Zirvə görüşünə ev sahibliyi edir. Bu tədbir Azərbaycanın artan beynəlxalq nüfuzunun və ECO daxilində təşəbbüskar rolunun bariz nümunəsidir.
Azərbaycanın ECO ilə əlaqələrinin inkişafı və güclənən əməkdaşlıq həm regional inteqrasiyanın dərinləşdirilməsi, həm də qlobal miqyasda mövqelərimizin möhkəmləndirilməsi üçün vacib mexanizmdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2132   Tarix: 04 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr