"Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur" - DEPUTAT
"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə növbəti dəfə ev sahibliyi edir. Bu gün Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsini deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsini hədəfləyir. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur. Azərbaycan ECO-nun fəaliyyətinə bir çox töhfələr vermişdir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Həmçinin Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycanın enerji və nəqliyyat sahələrində strateji mövqeyə sahib olması ECO-dakı mövqeyini daha da gücləndirir:
"Ölkənin zəngin təbii sərvətləri, xüsusilə enerji ehtiyatları, habelə əlverişli coğrafi mövqeyi onu təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr Azərbaycanın bu sahədəki liderliyini açıq şəkildə ortaya qoyur. Həmin layihələr, eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatı coğrafiyasında enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir.
Ölkəmiz həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərində fəal iştirak edir. İnkişaf etmiş logistika infrastrukturu, müasir liman və dəmir yolu sistemləri sayəsində Azərbaycan region ölkələri ilə yanaşı, Avropa və Asiyanın iqtisadi bağlantısında əsas körpülərdən birinə çevrilib. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz kimi strateji təşəbbüslər çərçivəsində Azərbaycanın fəallığı danılmazdır.
İƏT sammitinin Xankəndidə keçirilməsi həm siyasi, həm də sivilizasiya baxımından mühüm hadisədir. Sözsüz ki, Zirvə görüşünün işğaldan azad olunan torpaqlarda keçirilməsi Azərbaycanın növbəti diplomatik uğurlu siyasətindən irəli gəlir. ECO Azərbaycanın ən aktiv təmsil olunduğu qurumlardandır. Növbəti Zirvə toplantısının məkanı kimi məhz Xankəndinin seçilməsi xüsusi məna daşıyır. Bu, həm də bölgənin beynəlxalq diplomatik arenaya çevrilməsindən xəbər verir. Bu tədbir 30 ildən çox separatizmə yuva olmuş Xankəndini diqqət mərkəzinə gətirir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?