Cümşüdün ölümünə görə cavabdeh kimdir?

Cümşüdün ölümünə görə cavabdeh kimdir?Bakıda tez-tez yollar çökür. Nəticədə insan ölümü ilə müşayiət olunan bədbəxt hadisələr qeydə alınır. Mütəxəssislərin fikrincə, bunun səbəbi ömrünü başa kanalizasiya xətləridir. Lakin həmin xətləri tam olaraq dəyişmək mümkün deyil.

İyunun 26-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlünün "Baksol" yolu adlanan ərazidə yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşməsi nəticəsində faciəli ölümü şok effekti yaratdı.

Xatırladaq ki, həmin ərazidə yer səthinin çökməsi ilk dəfə deyil. 2020-ci ildə də ərazidə asfalt çökmüş, bir maşın çuxura düşməkdən son anda xilas olmuşdu. Mütəmadi olaraq Bakının müxtəlif yerlərində yolların çökməsi haqqında məlumatlara da rast gəlirik. Yaxın keçmişdə 8 Noyabr, Heydər Əliyev prospektlərində də belə çökmələr yaşanıb. Bəs, görəsən, Bakıda belə hadisələr niyə tez-tez baş verir? Bu kimi bədbəxt hadisələrdən necə qoruna bilərik?

Cümşüdün ölümünə görə cavabdeh kimdir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı şəhərində yolun hərəkət hissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş sahələr Agentliyin balansında deyil və qurumun xidmət göstərdiyi sahələrə aid olunmur: "Belə halların baş verməsinin əsas səbəbi yolun altından keçən kommunikasiya xətlərində yaranan texniki nasazlıqlardır".

Hadisənin baş verdiyi ərazi Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. Kanalizasiya quyuları həmin mağazaların altında qalıb, xəttin mühafizə zonası ağır çəkili tikinti materialları ilə yüklənib. Belə vəziyyət görülən işlərə mane olmaqla yanaşı, kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib.

"Səhlənkarlığı olanlar məsuliyyətə cəlb edilməlidir"

Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, Bakı şəhərinin su, kanalizasiya və drenaj sisteminin yenidən qurulmasına ehtiyac var. Çünki bu sistem köhnəlib:

"Şəhərin alt sistemi dediyimiz bu avadanlıqları bir dəfəyə dəyişmək mümkün deyil. Bunun üçün müəyyən vaxt və maliyyə lazımdır. Müvafiq qurumlar hansı hissənin daha çox bərpaya ehtiyacı olduğunu müəyyənləşdirib, infrastruktur yenilənmələrinə başlamalıdırlar ki, belə hadisələr baş verməsin. Əgər hansısa qurumun səhlənkarlığı olubsa, mütləq qaydada məsuliyyətə cəlb olunmalıdır. Çünki həmin qurumlar vətəndaşlar qarşısında məsuliyyət daşıyırlar".

"Əsas səbəb xətlərdəki sızmalardır"

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis kommunikasiya sistem və qurğularının tikintisi kafedrasının dosenti Aqşin Kərimov bildirdi ki, Bakıda yolların çökməsinin əsas səbəbi torpağın altından keçən kanalizasiya və drenaj sistemləridir: "Bakıdakı kanalizasiya sistemləri 1960-80-ci illərdə tikilib. Onlar ömrünü başa vurub və mütləq yenilənməlidir. Amma bu yenilənmə hələ də aparılmır. Həmin kanalizasiya xətlərinin üzərindən asfalt çəkiblər. Yerin altında bu borularda sızmalar baş verə bilər. Bu zaman torpaq yumşalır, asfaltın çökməsi ilə nəticələnir. Yeraltı su səviyyəsinin yüksək olmasını da nəzərə almalıyıq. Bu zaman da torpağın yumşalması mümkündür. Bakıda ağır texnikalar, avtomobillər hərəkət edir. Yeni binalar tikilən zaman bu kimi ağır maşınlar ərazilərə daxil olur. Bu da torpağa təsir edir. Amma əsas səbəb yerin altından keçən xətlərdəki sızmalardır".

"Bu problem həmişə bizimlə olacaq"

A.Kərimovun fikrincə, kanalizasiya sistemlərimiz köhnə olduğundan, bu kimi çökmələr hər an hər yerdə baş verə bilər: "Bu problem həmişə bizimlə olacaq. Kanalizasiya xətlərinin ətrafı bərkidilməlidir. Asfaltda çat olduğunu görəndə vətəndaşlar ehtiyatlı olmalıdırlar. Bu xətləri söküb yenidən bərpa etmək mümkün deyil. Çünki elə xətlər var ki, binaların altından keçir. Yalnız sızma olan ərazini nəzarətə götürə bilərlər. Sızmanı da təmizlənmə məntəqələrində öyrənirlər. Suyun həcmində azalma olduqda bilirlər ki, haradasa sızma var. Cavabdeh qurumlar birlikdə işləməlidirlər. Koordinasiyanın olmaması nəticəsində bu kimi hadisələr baş verir".

"Yol çəkilərkən ərazi araşdırılmalıdır"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji kəşfiyyat fakültəsinin müəllimi, geoloq Allahverdi Tağıyevin sözlərinə görə, yerin altı öyrənilmədən üstündə iş aparanda belə bədbəxt hadisələr qaçılmazdır: "Yol çəkilərkən ərazinin mühəndislik geologiyası öyrənilməlidir. Bir neçə istiqamətdə quyular qazılır və analizlər aparılır ki, yerin kəsilişi nədən ibarətdir. Asfalt hansı süxurların üzərində olacaq. Bu, çox önəmlidir. Yumşaq süxurların yerinə bərk süxurlar doldurulmalıdır. Qrunt suyu səviyyəsi, toplanması, axını öyrənilir. Kanalizasiya sistemlərinin izolyasiyasına, kənarlarının bağlı olmasına, yola yaxın olub-olmamasına da baxılmalıdır. Ərazinin yükgötürmə qabiliyyəti də araşdırılmalıdır. Bunun üçün də qurumlar birlikdə işləməlidir".

A.Tağıyev bildirir ki, əgər ərazi çökməyə meyllidirsə, oradan qrunt suları, kanalizasiya xətləri, suvarma kanalları keçirsə, bunu təcrid etməyin yolları var: "Amma suyun kəsilməsi də tam həll deyil. Çünki yuyulma, boşalma olubsa, su kəsilsə belə ağırlıq zamanı yenidən çökmə ola bilər. Bu səbəbdən bünövrə möhkəmləndirilməlidir".

"Məhəllələr, küçələr, ara yollar təhlükədədir"

Geoloqun fikrincə, belə hadisələrin qarşısını almaq üçün komissiya yaradılmalı və təhlükəli ərazilərə nəzarət gücləndirilməlidir: "Mərkəzi yollarda belə hadisələrin baş verməsi çox nadir hallarda olur. Amma məhəllələr, küçələr, ara yollarda heç bir araşdırma işləri aparılmadan asfalt vurulur. Yolun altında hansı proseslərin getdiyini bilmədiklərindən də bədbəxt hadisələr baş verir. Gözdən kənar yollara nəzarət gücləndirilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 598   Tarix: 05 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - Video

Leyla Əliyeva Ramazan bayramı münasibəti ilə paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram səhifəsində video paylaşıb. "Ramazan Bayramınız mübarək, - deyə qeyd edib

20 mart
.

Kəlbəcər sakini: Ən böyük xəyalım evimi görmək idi (VİDEO)

Əliyevlər ailəsi Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsində məskunlaşıblar. Onlar 35 illik ayrılıqdan sonra öz doğma yurdlarına qayıdıblar. Baku TV Əliyevlər ailəsinin qonağı olub, onların təəssüratını öyrənib. Doğma yurda qayıtmağın sevincini yaşayan sakin Rasim Əliyev bildirib ki, illərdir b

20 mart
.

Azərbaycanda əhali sürətlə qocalacaq - Ekspertdən HƏYƏCAN TƏBİLİ

Son illər Azərbaycanda doğum sayında azalma müşahidə olunur. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin plenar iclasında bildirib ki, 2015-ci ildə ölkədə 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu rəqəm 100 minin altına düşüb. Onun sözlərinə görə, bu tendensiya gələcəkd

22 mart
.

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi: "Novruzda qadın kimi geyinmək adəti yoxdur!" - VİDEO

Azərbaycanın ən qədim bayramlarından biri Novruz bayramıdır. Bu bayramın özünəməxsus adət-ənənələri var. Xalqımız bu adətləri hər il sevə-sevə yerinə yetirir. Keçəl, Kosa və Bahar qızı bu bayramın ayrılmaz hissəsidir. Baku TV-nin məlumatına görə, son illər bəzi fərqli Novruz ənənələrinə uyğun olmaya

23 mart
.

Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imka

23 mart
.

GDU-nun tələbəsi vəfat etdi - Foto

Gəncə Dövlət Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, universitetdə təhsil alan 199-cu il təvəllüdlü Əlizadə Fərman Etibar oğlu dünyasını dəyişib. Onun hansı səbəbdən həyatını itirməsi bildirilməyib. Qeyd edək ki, F.Əlizadə Birinci Qarabağ müharibəsi qazisi, Cəbrayı

23 mart
.

Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?

Prezident İlham Əliyev Şamaxı rayonunda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında müəssisə əməkdaşları ilə görüşüb. Qaynarinfo xəbər verir ki, görüş zamanı dövlət başçısı Şamaxının ölkəmizin turizm mərkəzlərindən birinə çevrildiyini və bu işdə yolların əhəmiyyətini də vurğulayıb. "Şamaxı-Bak

23 mart
.

Azərbaycanda itkin düşən 14 nəfər tapılıb

Ötən gün itkin düşən 14 nəfər tapılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyət

20 mart
.

Qadınlar niyə ərlərindən BEZİRLƏR?

Məişət mübahisələrinin səbəbləri ilə bağlı maraqlı açıqlamalar verilib. xəbər verir ki, psixoloqların fikrincə, bir çox kişilər qadınların iradlarının səbəbsiz yarandığını düşünsə də, əslində məişət konfliktləri nadir hallarda səbəbsiz olur. Məlumata görə, qadınlar narazılıqlarını daha çox sözlə ifad

24 mart