Zelenski Trampla telefon danışığını ən yaxşı söhbət kimi qiymətləndirib
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü amerikalı həmkarı Donald Trampla telefon danışığını ən yaxşı söhbət kimi qiymətləndirib və qarşı tərəflə dronların istehsalı üzrə birgə işin gücləndirilməsi barədə məlumat verib.
"Report" xəbər verir ki, bunu Ukrayna lideri axşam videomüraciətində bildirib.
"Yəqin ki, bütün bu müddət ərzində ən yaxşı, maksimum məhsuldar söhbət idi. Biz HHM mövzusunu müzakirə etdik və mən kömək etmək hazırlığına görə minnətdaram. Məhz "Patriot" ballistikadan müdafiənin açarıdır", - o deyib.
Zelenskinin sözlərinə görə, onlar daha bir neçə vacib məsələni müzakirə etdilər ki, bunları Ukrayna-ABŞ komandaları yaxın vaxtlarda keçiriləcək görüşlərdə ətraflı işləyəcəklər.
"Biz ABŞ ilə dronlarla bağlı birgə işin əhəmiyyətli dərəcədə artırılması barədə razılığa gəldik. Həftə ərzində Ukrayna Müdafiə Nazirliyi və aparıcı ABŞ şirkətlərindən biri arasında müqavilə imzalanıb. Bu, Ukraynaya bu il daha yüz minlərlə pilotsuz təyyarə verəcək", - dövlət başçısı deyib.
Zelenskinin sözlərinə görə, məhsuldarlığı, operatorların ixtisasını və ələ keçirilən hava hədəflərinin məhv edilməsində səmərəliliyi artırmaq lazımdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 548 Tarix: 06 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatıb
Uqandada Ebola qızdırmasına üç yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında deyilir. "Ölkədə Ebola virusunun səbəb olduğu üç yeni yoluxma faktı təsdiqlənib və nəticədə təsdiqlənmiş yoluxma hallarının ümumi say
23 mayErmənistanda seçicilərə rüşvət verən 20-dən çox şəxs saxlanıldı
Ermənistanda seçicilərə rüşvət verən 21 nəfər saxlanılıb. Ermənistan KİV-ə istinadən xəbər verir ki, cinayət işi bu ölkənin antikorrupsiya komitəsi tərəfindən araşdırılır. Artıq 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd olunub ki, əməliyyatlar son iki gündə keçirilib
23 mayVenesuelada amnistiyadan sonra 390-dan çox məhbus azadlığa buraxılıb
Cari ilin fevralında amnistiya qanununun qüvvəyə minməsindən bəri Venesuelada 390-dan çox məhbus azadlığa buraxılıb. "Report"un məlumatına görə, Bolivar Respublikasının Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes bu barədə "Venezolana de Television" telekanalının efirind
23 may"Epidemiya o bölgəyə yayılsa, fəlakət olacaq" - Fotolar
Ebola epidemiyası Konqo Demokratik Respublikasınin şərq bölgələrində yayılmaqda davam edir. Xəstəliyin silahlı qrupların nəzarətində olan ərazilərə çatması narahatlıqları artırıb. "Qafqazinfo" AFP-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən fövqəladə vəziyyət kimi qiymətləndirilə
22 may