Misirdə arxeoloqlar Ptolemey və Roma dövrünə aid qəbirlər aşkarladılar

Misirdə arxeoloqlar Ptolemey və Roma dövrünə aid qəbirlər aşkarladılarMisirin cənubundakı Əsvanda arxeoloqlar qazıntılar zamanı Ptolemeylər sülaləsi və Roma dövrünə aid yaxşı qorunub saxlanmış qəbirlər aşkar ediblər.

Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, tapıntı Əsvanın qərb sahilində, Ağa Xan məqbərəsi yaxınlığındakı qəbiristanlıqda aşkarlanıb.

Ölkənin Turizm və Qədim Əsərlər Nazirliyinin məlumatına görə, Misir-İtaliya birgə arxeoloji missiyası Yunan və Roma dövrlərinə aid çoxlu qayaüstü qəbirlər tapıb. Onların içərisində yaxşı vəziyyətdə qorunub saxlanmış heroqlif yazıları var.

Qəbirlərdən biri yerin iki metrdən çox dərinliyində yerləşir. Qəbirə doqquzpilləli daş pilləkən aparır. Türbənin içərisində təxminən iki metr hündürlüyündə əhəng daşından sarkofaq var. O qayada oyulmuş platformada yerləşib.

Nazirlikdən bildirilib ki, sarkofaqda heroqliflə yazılmış mətnlər yer alıb. Mütəxəssislər məzarın sahibinin Əsvandan olan yüksəkrütbəli bir şəxs olduğunu güman edirlər. Sarkofaqda digər mumiyalar, o cümlədən uşaq mumiyaları da tapılıb.

Misirin Qədim Əsərlər Ali Şurası Misirşünaslar üçün yeni material vəd edən kəşfi yüksək qiymətləndirib. Həmçinin qeyd olunub ki, arxeoloqlar məzardan tapılan mumiyaların tomoqrafiyasını və bioloji analizlərini aparacaqlar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 517   Tarix: 06 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Meksika Kubaya neft tədarükünü dayandırıb

ABŞ Prezidenti Donald Tramp Meksikanın Kuba Prezidenti Klaudiya Şeynbaumla söhbətindən sonra Kubaya neft tədarükünü dayandırdığını bildirib. "Report" xəbər verir ki, o, bunu Floridaya uçuşu zamanı təyyarəsində jurnalistlərə bildirib. "Meksika prezidenti Şeynbaum çox mehriban idi. Mən dedi

1 fevral
.

Maykl Ceksonun illərdir gizli saxlanılan səs yazısı yayıldı - Uşaqlar barədə nə deyib? - VİDEO

Maykl Cekson əvvəllər eşidilməmiş səs yazısında uşaqlarla bağlı fikirlərini açıqlayıb. "The Guardian" nəşrinə istinadla xəbər verir ki, mərhum pop ulduzunun sözlərinə görə, uşaqlar onun şəxsiyyətini sevir, ona toxunmaq və qucaqlamaq istəyirdilər və "bəzən bu, onu çətin vəziyyətə salırdı"

2 fevral
.

Bu mağara itmiş bir dünyanı ortaya çıxardı

Yeni Zellandiyanın Şimal Adasında dik bir yamacın içində gizlənmiş olan Moa Yumurta Qabığı Mağarası (Moa Eggshell Cave), elm dünyasına qapılarını açıb. Mağara adətən bir zaman maşını kimi fəaliyyət göstərir. Qaynarinfo xəbər verir ki, Vaitomo bölgəsi parlayan tırtılların işıqlandırdığı möhtəşəm mağaralar

2 fevral
.

Günəşdə güclü partlayış olub

Alimlər Günəşdə bir gün ərzində artıq altıncı güclü alovlanmanın qeydə alındığını bildiriblər. xəbər verir ki, bu barədə fevralın 3-də Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Mütəxəssislərin sözlərinə görə, fevralın 3-ü Bakı vaxtı ilə saat 11:01-də Günəşin 4366 nömrəli ləkələr qrupunda rentge

3 fevral
.

Hindistan İrandan deyil, Venesueladan neft alacaq

ABŞ Prezidenti Donald Tramp Hindistanın İrandan deyil, Venesueladan neft alacağını bildirib. "Report" xəbər verir ki, o, bunu Floridaya uçuşu zamanı təyyarəsində jurnalistlərə bildirib. Onun sözlərinə görə, dövlətlər arasında sövdələşmənin konsepsiyası hazırdır: "Hindistan İran əvəzin

1 fevral
.

Tramp: ABŞ digər ölkələri Venesuelada neft çıxarmağa dəvət edir

Amerika Birləşmiş Ştatları (ABŞ) digər ölkələri Venesuelada neft hasilatı layihələrində iştiraka dəvət edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval Kabinetində yeni fərmanları imzalayarkən bildirib. "Venesueladakı vəziyyətlə bağlı onu deyə bilərəm ki

1 fevral
.

Yeni din yarandı: sitayişə başladılar

Süni intellekt texnologiyaları ilə bağlı qeyri-adi və diqqətçəkən hadisə baş verib. xəbər verir ki, Octane AI şirkətinin baş icraçı direktoru Mett Şlixt yalnız süni intellekt agentləri üçün nəzərdə tutulmuş Moltbook adlı sosial şəbəkəni istifadəyə verib. Reddit prinsipi ilə fəaliyyət göstərən bu platform

3 fevral
.

Bermud üçbucağının sirri: Alimlər okeandakı "təhlükəli qüvvələr"dən danışır

Bermud üçbucağının sirri onilliklər boyu əfsanələrlə əhatə olunub - bu bölgədə gəmilər və təyyarələr izsiz şəkildə yoxa çıxıb. Qaynarinfo xəbər verir ki, "The Mirror" nəşrinin yazdığına görə, alimlər indi bu fenomenin izahına daha da yaxınlaşdıqlarını bildirirlər. Onların fikrincə, okean səthini

4 fevral
.

Pezeşkian: "Yaxın Şərqdə müharibə nə İranın, nə də ABŞ-nin maraqlarına uyğundur"

"ABŞ və İran Yaxın Şərqdə baş verə biləcək növbəti müharibədən heç nə qazanmayacaq və belə bir qarşıdurma bütün regionda qeyri-sabitliyə səbəb olacaq". TASS-a istinadən bildirir ki, bu fikirləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian səsləndirib. O, Əbdülfəttah əs-Sisi ilə telefo

1 fevral