Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Prezident İlham Əliyev Milli Məclisin mayın 23-də qəbul etdiyi Torpaq, Mülki Prosessual, Mülki Məcəllələrində, "Notariat haqqında" və "İcra haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Sonxeber.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş şəxslərin də hüquqları təmin ediləcək.
Həmçinin miras şərikləri arasında miras paylara sərəncam verilməsini nəzərdə tutan yeni qaydalar müəyyən edilib.
Belə ki, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərir.
Dəyişikliyə əsasən, daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən Mülki Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil edilir.
Hər bir miras şəriki Məcəllənin 1325.2-ci maddəsində müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala bilər.
Mülki Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları var. Həmin şəxslər vərəsəlik şahadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə bilərlər.
Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılır və vərəsəlik şəhadətnaməsində yekun payı göstərilir.
Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya bütün vərəsələr mirasdan imtina edibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, vərəsələri olmayan əmlak dövlətə keçir;
Əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olubsa, qanunla dövlət mülkiyyətinə keçməli olan daşınar əmlak istisna olmaqla həmin şəxslərə məxsus daşınar əmlak onların mülkiyyətinə keçəcək.
Bundan başqa, mirasın qəbul edilməsinin xüsusi müddəti və mirasın qəbul edilməsi vaxtının uzadılması ilə bağlı maddələr ləğv edilib.
Bundan başqa, dövlət başçısı sözegedən qanunun tətbiqi barədə sərəncam imzalayıb. Sərəncama görə, Nazirlər Kabineti Mülki Məcəllənin 1254-cü maddəsinə uyğun olaraq, notarius tərəfindən mirasın siyahıya alınması qaydasının müəyyən edilməsi məqsədilə "Notariat haqqında" qanunda dəyişiklik edilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?