İranın Ermənistandakı səfirinin çərənləməsi heç bir məntiqə sığmır

İranın Ermənistandakı səfirinin çərənləməsi heç bir məntiqə sığmırİyulun 3-4-də Azərbaycanın Xankəndi şəhərində tarixə yeni bir səhifə yazıldı. Böyük Zəfərin, sarsılmaz iradənin və qürurlu qayıdışın timsalına çevrilmiş bu şəhər İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Bu təkcə diplomatik bir hadisə deyil, həm də tarixi ədalətin zəfəridir, milli suverenliyin möhtəşəm təntənəsidir.
ECO Zirvə toplantısında 13 ölkənin dövlət və hökumət başçısının iştirakı toplantının əhəmiyyətini bir daha sübut edir. Bu Zirvə görüşü göstərir ki, Qarabağ artıq münaqişə deyil, möhtəşəm dirçəlişin və sülhün məkanıdır. 

İlk növbədə qeyd etmək lazımdır ki, 1964-cü ildə yaradılan və 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı kimi fəaliyyətini genişləndirən qurum beynəlxalq səviyyədə böyük nüfuza malikdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən ECO-nun Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və İran da daxil olmaqla 10 üzvü var.
Xankəndi şəhərində keçirilən bu mühüm Zirvə görüşündə İƏT-nın üzv dövlətləri rəhbərləri, o cümlədən İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian da iştirak etmişdi. Yükək təşkilatçılıqla seçilən bu beynəlxalq toplantı böyük uğurla başa çatmış, iştirakçı dövlət başçılarının imzaladıqları yekun sənəd qəbul edilib.
Zirvə görüşünün uğurları dost və qardaş dövlətləri sevindirsə də düşmənlərimiz və onların dəyirmanına su tökməklə məşğul olan bəzi siyasətçilər tərəfindən məfi çalarlarda ictimaiyyətə çatdırılır. İlk növbədə bu tədbirin Xankəndidə keçirilməsi Ermənistanda ciddi narahatçılıq və qıcıq yaradıb, onların dostları isə növbəti dəfə öz iç üzlərini göstəriblər.
Zirvə toplantısından bir neçə gün sonra Ermənilərə xüsusi sevgisi ilə tanınan, İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı sərsəm iddiaları Azərbaycanda ciddi narazılıq yaratmışdır. Öz diplomatik səlahiyyətlətini aşmaqla, təmsil etdiyi ölkə rəhbərinin imzaladığı sənədi şübhə altına alması çox təəccüb doğurur.

Qeyd edilməlidir ki, Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib. sənədlərdən də göründüyü kimi Xankəndi Kommünikesinin qəbul olunması zamanı İran tərəfinin bu sənədə qeyd-şərt qoyması həqiqətə uyğun deyil və bu üzdəniraq səfirin iddiaları real vəziyyəti əks etdirmir.
Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən dərhal reaksiya verilərək rəsmi məlumat yayımlanıb, İran səfirinin iddialarının qəbuledilməz olduğu vurğulanıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib ki, "İran İslam Respublikası da daxil olmaqla İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran daxil həmin dövlətlərin hamısı 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilmiş "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb.

Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilmiş Bəyannaməsinə istinadı ehtiva edir".
Məlumatda xüsusi olaraq vurğulanıb ki, İran səfirinin Ermənistanın "Armenpress" agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil. Beləliklə siyasi avantyuristlərin layiqli cavabı verilib.

Məsələ ilə bağlı qeyd etmək yerinə düşər ki, İran İslam Respublikasının Ermənistandakı səfiri birinci dəfə deyil ki, Azərbaycana qarşı düşmən mövqedən çıxış edir, ölkəmizin uğurlarına kölgə salan, siyasətini qınıyan bəyanat və müsahibələr verir, bu zaman öz ölkəsinin rəsmi mövqeyini nəzərə almır. Belə ki, 2024-cü ilin iyulunda bildirib ki, "Qərbi Azərbaycan" – İran İslam Respublikasının bir əyalətinin adıdır. Bu adın başqa bir coğrafi bölgəyə, xüsusilə də hər hansı formada ərazi iddialarını ehtiva edəcək şəkildə tətbiqi yolverilməzdir.

Daha sonra isə növbəti dəfə sayıqlayaraq "Azadlıq" radiosuna müsahibəsində guya vaxtilə Qarabağda yaşamış ermənilərin "hüququları"nın pozulduğunu iddia edib. Hətta Mehdi Sübhani utanıb-qızarmadan bu "məsələ"ni  yara adlandırıb və həmin yaranın sağalmasına ehtiyac olduğunu bildirib. O, daha sonra vurğulayıb ki, guya erməni əsilli şəxslər Qarabağı könüllü tərk eməyiblər. 

Bəs görəsən, "müsəlmançılıq"dan ağızdolusu danışan Mehdi Sübhani 300 minə yaxın azərbaycanlının geri qaytarılması və onların təhlükəsizliyinin təmini ilə bağlı niyə bir dəfə də olsun açıqlama verməyib? Görəsən o, adi bir "müsəlman" kimi hayların ərazilərimizi 30 il işğal altında saxlamalarına, soydaşlarımıza zülmlər etmələrinə, soyqırımları törətmələrinə,  məscidləri viran qoymalarına, hətta həmin məkanlarda donuz saxlamalarına niyə  göz yumub? Şübhəsiz, Ermənistana olan "tükənməz sevgi"si onun imanını da əlindən alıb. Bütün bunlar isə Mehdi Sübhanidə nə hüquqi, nə dini, nə də mənəvi dəyər anlayışlarının olmamasının təsdiqidir. Bu da onun ermənidən betər erməni olmasından irəli gəlir. 

Belə olan təqdirdə ağayi Sübhaninin çərənləməsi heç bir məntiqə sığmır. Görünür, ermənipərəstliyi əsl həqiqəti dilə gətirməyə ona imkan vermir.  

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1432   Tarix: 10 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə

21 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

27 Sentyabr - Vətən müharibəsinin başlanğıcından Anım Gününə: Tarixin yaddaşında yaşayan qəhrəmanlıq

27 Sentyabr Azərbaycan xalqının yaddaşında xüsusi və dərin məna daşıyan günlərdən biridir. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda aparılan mübarizənin başlanğıcını xatırladır. Hər il 27 Sentyabrın Anım Günü kim

21 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr