"Ermənistandakı İran səfirinin verdiyi müsahibədə səsləndirdiyi fikirlər regionda əməkdaşlıq mühitinə xələl gətirir" - DEPUTAT
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Rəsmi Bakının mövqeyinə əsasən, İran səfirinin açıqlamaları əsassız və qəbuledilməzdir. Nazirliyin yaydığı açıqlamada bildirilir ki, Xankəndi Zirvə görüşünün yekun sənədi – Xankəndi Kommünikesi – İƏT-ə üzv dövlətlərin mövcud razılaşmasına və əvvəlki təcrübələrə uyğun olaraq, Zirvəyə sədrlik edən ölkənin xülasəsi formatında hazırlanaraq təşkilatın rəsmi internet səhifəsində dərc olunub. Bu sənədin tərtibi və yayımı üçün üzv dövlətlərin ayrıca razılığına ehtiyac olmayıb. XİN qeyd edir ki, İran səfirinin guya bu sənədin qəbul olunması və İranın ona qeyd-şərt qoyması ilə bağlı səsləndirdiyi iddialar reallığı əks etdirmir və diplomatik praktikaya ziddir. Bildirilir ki, qeyd-şərt yalnız dövlətlərarası danışıqlar nəticəsində qəbul olunan rəsmi qərarlara münasibətdə tətbiq oluna bilər. Bu baxımdan, İran səfirinin açıqlamaları diplomatik protokola uyğun gəlmir və manipulyativ xarakter daşıyır. Azərbaycan Xarici İşlər Nazirliyi həmçinin xatırladıb ki, İran da daxil olmaqla İƏT-ə üzv olan bütün dövlətlər eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvləridir. Bu dövlətlərin hər biri, o cümlədən İran, 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda qəbul olunmuş "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnaməni dəstəkləyib. Eyni zamanda, həmin sessiyada qəbul edilən İstanbul Bəyannaməsində də Qərbi Azərbaycan İcmasının öz doğma yurdlarına qayıdış hüququna dəstək ifadə olunub və Ermənistanın bu hüquqları inkar etməsi pislənilib.
Xankəndi Kommünikesi də məhz bu beynəlxalq konsensusa və İƏT tərəfindən qəbul edilmiş sənədlərə əsaslanır. Buna görə də, İran səfirinin bu sənədin legitimliyi ilə bağlı iddiaları, Azərbaycanın rəsmi mövqeyinə görə, yalnız siyasi manipulyasiya və riyakarlıq kimi qiymətləndirilə bilər.
XİN-in açıqlamasında vurğulanır ki, İran səfirinin "Armenpress" agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər regionda əməkdaşlıq mühitinə xələl gətirir və reallıqdan uzaq yanaşmanı əks etdirir. Belə çıxışlar nə dostluq münasibətlərinə, nə də İƏT çərçivəsində mövcud olan əməkdaşlıq ruhuna uyğundur.
Azərbaycan Xarici İşlər Nazirliyi İran tərəfini daha məsuliyyətli və beynəlxalq hüquqa uyğun davranmağa, həmçinin regional əməkdaşlıq təşəbbüslərinə hörmətlə yanaşmağa çağırır.
Şahin Seyidzadə
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR