"Mehdi Sobhaninin Xankəndi şəhərində keçirilmiş Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qərəzli və əsassızdır" - DEPUTAT
İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Ermənistanın "Armenpress" agentliyinə verdiyi müsahibədə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qərəzli və əsassızdır. Bu barədə artıq Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Belə mötəbər tədbirlərin yekun sənədi adətən tədbirdən çox öncə diplomatik kanallar vasitəsilə tərəf ölkələrlə razılaşdırılır. Xankəndi Kommünikesi də bu şəkildə razılaşdırılıb. Bu, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə tam uyğundur.
İran səfirinin Kommünikenin guya qəbul olunması və İran tərəfindən ona qeyd-şərt qoyulması barədə iddiaları reallıqdan uzaqdır, çünki diplomatik praktikada qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara tətbiq edilə bilər.
İslam Əməkdaşlıq Təşkilatının da İran daxil olmaqla, bir çox İƏT dövlətləri üzvüdür. Həmin dövlətlərin hamısı, 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda qəbul edilmiş "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnamədə və İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstək verib. Onlar Ermənistan tərəfindən bu İcmanın hüquqlarının inkar olunmasını qınayıblar. Xankəndi Kommünikesi də məhz bu konsensusla qəbul edilmiş bəyannaməyə istinadı ehtiva edib.
Ermənistanın İrandakı səfirinin son zamanlar Azərbaycan əleyhinə bu cür ittihamlar səsləndirməsi, sanki onun rəsmi İranın mövqeyindən daha çox Ermənistan cəmiyyətinin maraqlarını üstün tutan mövqedən çıxış etməsini göstərir. İranla Azərbaycan arasında həm ikitərəfli, həm də beynəlxalq müstəvidə yaxın qonşuluq münasibətləri var və onunla da yaxşı münasibətdə qalmaq istəyirik. Buna kölgə salmaq istəyənlərin cəhdləri isə hər zaman uğursuz olub.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1135 Tarix: 10 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrAzərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabr3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman
22 sentyabrİş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrSəhiyyə Nazirliyindən Səyyad Arana - Cavab
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind
21 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabr