"Azərbaycan və İran arasında da münasibətlər olduqca müsbət tendensiya üzrə inkişaf edir" - DEPUTAT

"Azərbaycan və İran arasında da münasibətlər olduqca müsbət tendensiya üzrə inkişaf edir" - DEPUTAT"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünün yekun sənədinə dair səsləndirdiyi fikirlər, təəssüf doğurmaqla yanaşı, beynəlxalq diplomatik davranış qaydalarına ziddir. İƏT-in Zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş Xankəndi Kommünikesi təşkilatın daxili prosedurlarına uyğun şəkildə, üzv dövlətlərin razılığı əsasında və əvvəlki sammitlərin təcrübəsinə əsasən hazırlanıb və dərc olunub. Bu sənəd, heç bir halda İran səfirinin iddia etdiyi kimi birtərəfli və ya qeyri-legitim deyil".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, Xankəndi Kommünikesində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasında qəbul edilmiş və İranın da imza atdığı sənədlərə istinad edilir:

"Həmin sənədlərdə, "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" dəstəklənmiş, Qərbi Azərbaycan İcmasının hüquqları tanınmış və Ermənistanın bu hüquqları inkar edən siyasəti qınanmışdır. Belə olduğu halda, İranın Ermənistandakı səfirinin İƏT sənədi ilə bağlı verdiyi açıqlama diplomatik manipulyasiya və qərəzli mövqedən başqa bir şey deyil. Biz bu cür qeyri-obyektiv və qərəzli bəyanatları qətiyyətlə rədd edirik.

Artıq Mehdi Sobhanin ölkəmizə qarşı qərəzli ritorika sərgiləməsi ənənə halını alıb. Onun Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensivləşdiyi bir dövrdə kövrək sülhü pozmağa yönəlmiş addımları şəxsi düşüncədən daha çox hansısa bir mərkəzin maraqlarına xidmət edəcək tərzdədir. Eyni zamanda Azərbaycan və İran arasında da münasibətlər olduqca müsbət tendensiya üzrə inkişaf edir. Belə olduğu təqdirdə, diplomatik missiya təmsilcisinin ikitərəfli əlaqələrə kölgə salacaq təşəbbüslərinə rəsmi Tehran tərəfindən sərt tədbir görülməlidir.

İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində qəbul olunan sənədlərə hörmətlə yanaşmaq, təşkilatın nüfuzuna və birliyinə töhfə vermək bütün üzv dövlətlərin diplomatik borcudur".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2681   Tarix: 10 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr