İsmayıllıda generalın adı ilə 2500 manatlıq dələduzluq
İsmayıllıda Hərbi Hava Qüvvələrinin komandan müavini Zaur Rstəmovun adından istifadə olunmaqla dələduzluq cinayəti baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, İsmayılı rayon Kürdmaşı tam orta məktəbinin rus dili müəlliməsi Dilşad İsgəndərli qohumu İlqar Mustafayevi işə düzəltdirmək istəyirmiş. Bundan xəbər tutan həmkəndlisi Vüsal Ələkbərov Dilşad xanıma zəng vuraraq özünü Hərbi Hava Qüvvələrinin komandan müavini, general-mayor Zaur Rüstəmov kimi təqdim edib. Onun məhz Zaur Rüstəmovun adından istifadə etməsi generalın da əslən Kürdmaşı kəndindən olması ilə bağlıdır. Vüsal Ələkbərov da bundan yararlanaraq Dilşad İsgəndərlinin etibarını qazanıb və söhbət əsnasında ona hər bir işdə köməklik göstərə biləcəyini deyib. Qarşı tərəf isə öz növbəsində qohumu İlqar Mustafayevi işə düzəltmək istədiyini bildirib. Vüsal Ələkbərov həmin şəxsi Hərbi Hava Qüvvələrinə işə düzəldə biləcəyini söyləyib və bunun üçün Dilşad İsgəndərlidən 2500 manat pul istəyib.
Vüsal Ələkbərov həmin məbləği şəxsi ehtiyaclarına xərclədikdən sonra yenidən Dilşad İsgəndərliyə zəng edərək əlavə 3000 manat lazım olduğunu bildirib. Lakin bu dəfə qarşı tərəf onunla danışan şəxsin Zaur Rüstəmov olmadığından şübhələnib və Vüsal Ələkbərovdan görüntülü zəng vurmağı tələb edib. Təbii ki, Vüsal görüntülü zəng vurmayıb. Bir neçə gün sonra isə Dilaşd İsgəndərli onunla danışanın Vüsal olduğunu öyrənib və bu barədə həmin şəxsin anasına xəbərdalıq edərək polisə üz tutacağını bildirib.
Vüsal Ələkbərovun əməlləri bununla yekunlaşmayıb. O, başqa bir şəxsdən də 1500 manat alaraq qızına sosial pensiya düzəldəcəyini deyib. Lakin bu vədini yerinə yetirməyib.
Polisə edilən müraciət əsasında saxlanılan Vüsal Ələkbərova Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinin məhkəmə istintaqı İsmayıllı Rayon Məhkəməsində aparılıb. Vüsal Ələkbərov məhkəmə prosesi zamanı ona verilmiş ittihamla özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Vüsal Ələkbərovun şübhəli şəxs qismində saxlanıldığı 2 gün ona təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1105 Tarix: 10 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrAzərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabr3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman
22 sentyabrİş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrSəhiyyə Nazirliyindən Səyyad Arana - Cavab
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind
21 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabr