Gənclər evlənməkdən niyə imtina edir? - AÇIQLAMA
"Artıq gənclərin evliliyə maraq göstərməməsi heç kimi təəccübləndirmir. Üstəlik, bu hadisə təkcə Azərbaycana məxsus deyil - dünyanın müxtəlif ölkələrində də oxşar tendensiyalar müşahidə olunur. Bu isə göstərir ki, qarşı-qarşıya olduğumuz məsələ sadəcə keçici trend yox, geniş miqyaslı və dərin sosioloji transformasiyadır. Bu gün əksər gənclərin evliliyə maraq göstərməməsinin bir sıra səbəbləri var. İndiki dövrdə şəxsi inkişaf, azadlıq və karyera qurmaq kimi fərdi hədəflər prioritet kimi görülür. Evlilik isə bir çoxları üçün bu azadlıqları məhdudlaşdıran sosial mexanizm kimi görünür".
Bu sözləri Sonxeber.az -a sosioloq Yusif Nəbiyev danışıb.
O, açıqlamasında qeyd edib ki, bundan başqa, Qərb mədəniyyətinin təsiri ilə yalnız fərdiyyətçilik deyil, eyni zamanda gender bərabərliyi və feminizm kimi ideoloji cərəyanlar da yayılmağa başlayıb:
"Nəticədə, ailədaxili rollar daha çox sorğulanır, uzun illər dəyişməz qalmış sosial rollar sarsılır. Məsələn, qadınlar artıq özlərini təkcə "ev xanımı" kimi deyil, daha sərbəst və müstəqil subyektlər kimi görürlər. Onlar oxuyur, işləyir, sərbəst yaşamağı hədəfləyirlər. Paralel şəkildə bəzi kişilər də ailənin tək təminatçısı rolunu öz üzərlərinə götürmək istəmirlər.
Bundan əlavə olaraq, evlilikdənkənar münasibətlərin yayılması da ailə institutun funksiyalarından birini – intim münasibətin təmin olunmasını qeyri-işlək hala salır. Bunu əldə etmək üçün artıq ailəyə ehtiyac qalmır.
Gənclər arasında qeyri-rəsmi münasibətlər, birlikdə yaşamaq, "açıq münasibətlər" kimi formatlar normal qəbul olunmağa başlayır. Beləliklə də, evlilik öz normativ statusunu get-gedə itirir. Bu kimi qlobal səbəblərdən əlavə olaraq, sırf yerli reallıqlarla bağlı səbəblər də gənclərin evlilik qərarına təsir edir.
Sosioloq onu da qeyd etdi ki, əsas problemlərdən biri iqtisadi qeyri-sabitlik və gündən-günə artan yaşayış xərcləridir:
"Stabil gəliri olmayan, maddi baxımdan ayaqda dura bilməyən bir insan ailə qurub, başqasının məsuliyyətini necə üzərinə götürə bilər? Bu səbəbdən evlilik bir çox gənc üçün həm də böyük maliyyə yükü kimi görünür. Ev, iş, maddi təminat kimi əsas ehtiyaclar bir çoxları üçün ya əlçatmaz xəyaldır, ya da çox gecikən bir hədəfdir.
Unudulmamalıdır ki, təkcə ailə qurmaq yox, həmin ailəni qoruyub saxlamaq da əvvəlki ilə müqayisədə daha çətindir. Boşanma hallarının durmadan artması da deyilənləri təsdiq etməkdədir. Və bu artan boşanma statistikası özü də subay gənclər arasında narahatlıq, tərəddüd və etimadsızlıq doğurur.
Əgər ciddi sosial strategiyalar hazırlanmasa və vaxtında tədbirlər görülməsə, Azərbaycan da digər ölkələrin yolunu təkrarlayacaq. Bu gedişlə ailə institutuna olan inam və maraq daha da zəifləyəcək".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2888 Tarix: 11 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabr"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21 sentyabr"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"
"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar
21 sentyabrBulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı
22 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrBu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal
21 sentyabrSosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabr