"Atam öz əcəli ilə ölməyib, intihar edib" - Məktub üzə çıxdı

"Atam öz əcəli ilə ölməyib, intihar edib" - Məktub üzə çıxdı2023-cü ilin dekabrında vəfat edən tanınmış virtouz sənətkar Məhərrəm Nəcəfzadənin ölümü ilə bağlı bəzi qaranlıq məqamlar ortaya çıxıb.

"Qafqazinfo" xəbər verir ki, mərhum musiqiçinin oğlu Nəriman Nəcəfzadə Axşam.az-a müraciət edərək atasının öz əcəli ilə ölmədiyini, yaşadıqları evin həyətində intihar etdiyini açıqlayıb.

Nəriman deyib ki, atasının belə bir addım atmasına səbəb dələduzluq nəticəsində külli miqdarda borca düşərək çarəsiz vəziyyətdə qalması olub: "Əlisahib Hüseynov, Elianora Əhmədova və digər şəxslər birləşərək müxtəlif yalan vədlər verməklə atamı borca saldılar. Bu adamlardan hüquq-mühafizə orqanlarına şikayət etmişik. Obyektiv araşdırma tələb edirik".

Mərhum musiqiçinin oğlu iddia edib ki, adıçəkilən şəxslər bacısını da aldadaraq borca salıblar: "Qadın bacımı aldadıb ki, Gəncə Dövlət Universitetinin Gürcüstanda filialı açılacaq və sənə orada vəzifə verəcəyik. Bacım da borc alıb ona pul verir. Həmçinin Yasamal rayonunda atamdan bacıma qalma ev var idi. Həmin ev plana düşmüşdü. Elianora onu aldadır ki, 235 kvadratmetrlik evə 800 kvadratmetr yazdıracaq və söküntü zamanı 1 milyon manata qədər pul alacaq. Deyib ki, evi özümünkü kimi göstərməliyəm. Atam da ona inanıb, gedib qızıl götürdü, banka qoyub 143 min manat bir, 27 min manat bir verdi. Bilmədik ki, bütün bunları pulları mənimsəmək üçün ediblər. Bu cür yalanlarla atamı külli miqdarda borca salıblar. Bunlardan bezən atam 2023-cü ilin dekabrın 21-də səhər saatlarında yaşadığımız evin həyətində özünü asdı. Atam intihar edərkən cibindən məktublar çıxdı. Hər şeyi orda yazıb".
"Atam öz əcəli ilə ölməyib, intihar edib" - Məktub üzə çıxdıO, bacısı Nərmin Əmirovanın hazırda həbsxanada olduğunu əlavə edib: "Həmin borclara görə bacım həbs edildi. Çünki insanlardan alıb onlara verdiyi pulları qaytara bilmədi".

Vəkil Bəkir Həsənov məsələ ilə əlaqədar açıqlamasında deyib ki, hazırda proseslə bağlı məhkəmə işi gedir.

Qeyd edək ki, M.Nəcəfzadə 15 musiqi alətində mükəmməl ifa bacarığı ilə tanınıb. O, 2015-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışırdı. Musiqiçinin vəfatı ilə bağlı yayılan ilkin xəbərdə 57 yaşında qəfil dünyasını dəyişdiyi bildirilmişdi.
"Atam öz əcəli ilə ölməyib, intihar edib" - Məktub üzə çıxdı"Atam öz əcəli ilə ölməyib, intihar edib" - Məktub üzə çıxdı


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1960   Tarix: 11 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

AMEA prezidenti: "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradıb"

"Nəriman Həsənzadə sovet ideologiyasının buxovlarını yumşaldaraq Azərbaycan ədəbiyyatını real həyata yaxınlaşdıran sənətkarlardan biri idi". xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib

2 avqust
.

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)

Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə

16 sentyabr
.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul
.

Şarovski II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib

9 sentyabr
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr