"Qalatasaray"da Osimhen düyünü: "Napoli" yeni şərt irəli sürdü
"Qalatasaray" nigeriyalı hücumçu Viktor Osimhenin transferi üçün "Napoli" ilə danışıqları davam etdirir. Futbolçunun sarı-qırmızılı formanı geyinmək istəyi prosesi sürətləndirsə də, İtaliya təmsilçisi geri çəkilmir. Son danışıqlarda "Napoli" rəhbərliyi "Qalatasaray"a diqqətçəkən bir tələb irəli sürüb.
Oxu.Az-ın "Sabah"a istinadən verdiyi xəbərə görə, "Qalatasaray" bu transfer üçün ümumilikdə 75 milyon avroya qədər təklif irəli sürüb. Müqaviləyə əsasən, 40 milyon avro əvvəlcədən ödənilməlidir, qalan 35 milyon avro isə hissə-hissə ödəniləcək. Lakin "Napoli"nin prezidenti Aurelio De Laurentis bu təklifi rədd edərək, bank zəmanəti istəyib.
"Sarı-qırmızılar" bu şərtləri qəbul etməyə yaxınlaşdıqca, "Napoli" tərəfi təəccüblü bir müddəa ortaya atıb. Məlumata görə, İtaliya klubu Viktor Osimhenin müqaviləsinə onun 3 il A Seriyasına qayıtmayacağını nəzərdə tutan bənd daxil etmək istəyir.
Bu arada, İtaliya mətbuatının yazdığına görə, Osimhen "Napoli" rəhbərliyinə "Qalatasaray"da oynamaq istəyini açıq şəkildə çatdırıb və transferin asanlaşdırılmasını istəyib.
Hələlik tərəflər arasında qəti razılıq əldə olunmayıb. "Qalatasaray"ın adından prosesi idarə edən idarəçilərdən biri olan Abdullah Kavukçunun transferi yekunlaşdırmaq üçün tezliklə İtaliyaya dönərək "Napoli" ilə üz-üzə görüşməsi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1276 Tarix: 13 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub
"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli
16 sentyabr"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib
"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək
15 sentyabrAzərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabr"Qalatasaray" üç futbolçusunu komandadan göndərir
Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin
13 sentyabrAtletika çempionatında kütləvi zəhərlənmə
Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa
13 sentyabr"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək. "Old Trafford" stadionundakı qarşılaşma Bak
10 sentyabr"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib
Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar
12 sentyabr