MİQ imtahanını keçən iş tapa bilmir: Səbəb nədir? - AÇIQLAMA
"Mütəmadi olaraq təhsil sahəsində fəaliyyət göstərən biri kimi, son illərdə məhz müəllim peşəsinə marağın azalmasını o qədər də müşahidə etmirəm. Əksinə, bizim cəmiyyətdə, xüsusilə gənclər arasında müəllimlik peşəsinə maraq artmaqdadır. İndi daha çox insan müəllim olmaq istəyir. Bunu, hər il ixtisas seçimi edən biri kimi, sizə əminliklə deyə bilərəm.
Məsələn, 5 il əvvəl çox az adam bu ixtisası seçmək istəyirdi. "Mən niyə müəllim olmalıyam?!" deyə düşünürdülər. Amma indi, əminliklə deyə bilərəm ki, yüksək bal toplayan abituriyentlər belə müəllim olmaqdan çəkinmirlər".
Bu sözləri Sonxeber.az-a təhsil eksperti Elmin Nurizadə danışıb.
O, açıqlamasında qeyd edib ki, hazırda ölkənin 20-yə yaxın universitetində pedaqoji ixtisaslar mövcuddur, bu universitetlər müəllim kadrları hazırlayır və nəticədə əmək bazarında müəllim bolluğu yaranır:
"Bu səbəbdən pedaqoji ixtisaslarla bağlı qəbul planında yerlərin sayı azaldılır. Həmin plan yerləri əmək bazarının tələbatına əsasən müəyyən edilir.
Məsələn, bu gün əmək bazarında 150 kimya müəlliminə ehtiyac varsa, həmin ixtisas üzrə müəllim olmaq istəyən namizədlərin sayı 1000-dən çox ola bilər. Bu isə artıq müəyyən bir sıxlıq və rəqabət mühiti yaradır. Rəqabət, təbii ki, vacibdir. Lakin bu səbəbdən pedaqoji ixtisasların plan yerlərinin azaldılması doğru addım hesab olunur.
Bu hal, bəzi gənclərin müəllimlik ixtisasını seçməsinə müəyyən qədər mane ola bilər. MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanlarında da bu problem özünü göstərir. Çox vaxt əmək bazarının tələbatı səbəbindən imtahandan uğurla keçən bir çox namizəd işlə təmin olunmur. Məsələn, bir regional vahid üzrə coğrafiya müəllimi üçün ildə cəmi 12 vakansiya ayrılırsa, həmin ərazidə MİQ imtahanından uğurla keçən müəllimlərin sayı 90 nəfər ola bilər. Bu o deməkdir ki, yalnız 12 nəfər işlə təmin olunur, digərləri isə növbəti il yenidən namizəd kimi gözləməli olur. Bu da müəyyən qədər maraq və motivasiyanın azalmasına səbəb olur.
Mən sizə bu iki səbəbi misal göstərmək istərdim. Qalan hallarda isə müəllimlik ixtisasına marağın azaldığını düşünmürəm".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir