"Qarabağ Zəfərindən sonra qalib Azərbaycanın diaspor siyasəti yeni mərhələyə qədəm qoydu" - RƏY

"Qarabağ Zəfərindən sonra qalib Azərbaycanın diaspor siyasəti yeni mərhələyə qədəm qoydu" - RƏY"Azərbaycan diasporasının fəaliyyəti müstəqillik əldə edildikdən sonrakı dövrdə Ulu Öndərin müəyyənləşdirdiyi siyasət xətti istiqamətində həyata keçirilmişdir. Belə ki, əvvəllər pərakəndə fəaliyyət göstərən diaspora nümayəndələri müvafiq komitə yaradıldıqdan və qeyri-hökumət təşkilatları kimi formalaşdıqdan sonra vahid bir siyasət ətrafında birləşməyə başladılar. Dünya azərbaycanlılarının konqres və qurultaylarının keçirilməsi də bu prosesə siyasi istiqamət vermək baxımından mühüm rol oynamışdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Məmmədli danışıb.

"Qarabağ Zəfərindən sonra qalib Azərbaycanın diaspor siyasəti yeni mərhələyə qədəm qoydu" - RƏYO, açıqlamasında qeyd edib ki, əsas məqsəd xarici ölkələrdə yaşayan soydaşlarımızın yaşadıqları cəmiyyətlərin həyatında fəal iştirak etməsi, eyni zamanda bu iştirak vasitəsilə Azərbaycan dövlətinə və xalqına təşkilatlanmış formada xidmət etməsi olmuşdur:

"Xüsusilə, Cənab Prezidentin bu istiqamətdə verdiyi tövsiyələr və müəyyənləşdirdiyi strateji xətt onu göstərir ki, azərbaycanlılar yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiya olunmalı, ictimai-siyasi proseslərdə aktiv iştirak etməlidirlər. Lakin eyni zamanda da öz azərbaycanlı kimliyini qoruyaraq, Azərbaycanın dövlət siyasətinin təbliğində və xüsusilə Qarabağ münaqişəsi dövründə haqlı mövqeyimizin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynamalıdırlar.

Deputat onu da vurğuladı ki, Qarabağ Zəfərindən sonra isə artıq qalib Azərbaycanın diaspor siyasəti yeni mərhələyə qədəm qoymuş və bu siyasət Diasporla İş üzrə Dövlət Komitəsinin əlaqələndiriciliyi ilə daha da sistemli şəkildə həyata keçirilməyə başlanmışdır:

"Hazırda dünyanın müxtəlif ölkələrində ictimai-siyasi və iqtisadi sahələrdə tanınan, parlaq azərbaycanlı şəxslər fəaliyyət göstərir. Onların daim Vətənin diqqət və qayğısını hiss etməsi də olduqca önəmlidir. Bu prosesdə həm dövlət siyasətinin yönəldilməsi, həm də ictimai təşkilatlarla qarşılıqlı əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, vətəndaşı olduqları ölkələrin həyatında fəal iştirak edən soydaşlarımızın təşkilatlanması, diasporun güclənməsi və həm Vətənə, həm də xaricdə yaşayan azərbaycanlıların inkişafına dəstək verməsi üçün dövlətin həm maliyyə, həm də siyasi-ictimai dəstəyi vardır".

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq İlyas Hüseynov isə qeyd etdi ki, Azərbaycanın diaspor təşkilatlarının dünya miqyasında güclü, nüfuzlu və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi üçün dövlət tərəfindən hərtərəfli dəstək və diqqət göstərilir:

"Qarabağ Zəfərindən sonra qalib Azərbaycanın diaspor siyasəti yeni mərhələyə qədəm qoydu" - RƏY"Vətən müharibəsi dövründə dünyada yaşayan soydaşlarımızın Azərbaycanın haqq işinə necə səmimi və güclü dəstək verdiyinin canlı şahidi olduq. Həm informasiya müharibəsi müstəvisində, hibrid münaqişə kontekstində, həm də lobbiçilik sahəsində dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi mühüm əhəmiyyət kəsb etdi.

Mən də həmin prosesləri yaxından izləyirdim və bu fəaliyyətlərdə iştirak edirdim. Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan gənclərinin Vətənə nə qədər bağlı olduqlarını, ürəklərinin Azərbaycan ordusu və xalqı ilə birgə döyündüyünü şəxsən müşahidə etmişəm. Bu baxımdan, əlaqələndirilmiş və sistemli fəaliyyətin təşkil olunması xüsusi əhəmiyyətə malikdir. Dövlətin müvafiq qurumları və onların şaxələnmiş, şəbəkələşmiş strukturları vəhdət və əməkdaşlıq içində fəaliyyət göstərməlidir. Bugünkü reallıq onu göstərir ki, xüsusilə də Rusiyada Azərbaycan diaspor təşkilatlarına qarşı müəyyən təzyiqlər və təqiblər müşahidə olunmaqdadır. Belə şəraitdə dünya azərbaycanlıları dövlətin ətrafında daha sıx birləşməli və milli maraqlar naminə birgə fəaliyyətlərini daha da gücləndirməlidirlər. Bu istiqamətdə görülən işlər artıq öz nəticəsini göstərməkdədir".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusuna uyğun olaraq dərc edilir.

"Qarabağ Zəfərindən sonra qalib Azərbaycanın diaspor siyasəti yeni mərhələyə qədəm qoydu" - RƏY


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1369   Tarix: 16 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr