ABŞ-dən asılılıq bitir: Avropa öz ordusunu qurur?

ABŞ-dən asılılıq bitir: Avropa öz ordusunu qurur?Bir neçə gün bundan əvvəl Böyük Britaniya və Fransanın nüvə silahından istifadə ilə bağlı birgə strateji bəyannamə imzalaması Qərbin nüvə siyasətində dönüş nöqtəsi kimi qiymətləndirildi. Artan hərbi ritorika, bir-birinə yönəlmiş ittihamlar və nüvə arsenalı ilə bağlı açıq bəyanatların qlobal sabitliyə ciddi təhlükə yaratması fonunda Birləşmiş Krallıq bu dəfə Almaniya ilə genişmiqyaslı müdafiə sazişi imzalayıb. Sənədin geosiyasi vəziyyətdə köklü dəyişikliklər və Rusiya təhlükəsi ilə əlaqədar iki ölkə arasında strateji tərəfdaşlığı nəzər tutduğu qeyd olunur. Bu isə Avropa daxilində yeni təhlükəsizlik arxitekturasının qurulmasından, təhlükəsizlik ittifaqlarının yaranmasından xəbər verir. Bu, həm də sadəcə hərbi deyil, siyasi müstəqillik anlamına da gəlir.

Siyasi şərhçi Oqtay Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Donald Tramp Amerika Birləşmiş Ştatlarında hakimiyyətə gələndən sonra Avropanın təhlükəsizliyi ilə bağlı ciddi suallar ortaya çıxıb və üzv ölkələr artıq öz təhlükəsizliklərinin təmin olunması ilə bağlı addımlar atmalıdırlar:

"Bu baxımdan, Böyük Britaniya, Almaniya, Fransa kimi Avropanın qabaqcıl ölkələri də məhz bu istiqamətdə konkret addımlar atmaqla bağlı qərarlar verməyə başlayıblar. Xüsusi ilə də Böyük Britaniya bu məsələlərdə kifayət qədər aktivlik nümayiş etdirir və Avropa İttifaqının aparıcı ölkələri olan Fransa və Almaniya ilə də bir çox istiqamətlərdə, xüsusilə də hərbi və texnoloji sahələrdə əməkdaşlıqlara imza atılıb. O cümlədən bu ölkələr həm də Ukraynaya ciddi dəstək verən ölkələrdir".

"Məsələ bundan ibarətdir ki, Trampın siyasəti məhz Avropa ölkələrini öz təhlükəsizlikləri ilə bağlı daha ciddi addımlar atmağa məcbur edir. Bu baxımdan, hal hazırda Avropada sanki yeni ittifaqlar yaranmaqdadır. Əgər biz yalnız Fransa-Britaniya hərbi alyansından danışsaydıq, bu, sanki Antantanın yenidən dirçəldilməsi cəhdi kimi də görünə bilərdi. Amma Almaniyanın da bu prosesə qoşulması, artıq Avropanın aparıcı ölkələrinin öz səylərini və potensiallarını bu istiqamətdə birləşdirmək və mümkün Rusiya təhdidlərinə qarşı istifadə etməyə çalışmasıdır. Bu da hal-hazırkı durumda effektiv addım sayıla bilər", - deyə şərhçi vurğulayıb.

Analitik hesab edir ki, NATO ilə bağlı Avropanın müəyyən gözləntiləri olsa da, ABŞ-nin mövqeyində bu hələ ki, görünmür:

"Yəni, Vaşinqton NATO-ya üzv ölkələrə təzyiqlər edir, onları öz hərbi büdcələrini artırmaqla bağlı addımlar atmağa tələsdirir. Bu baxımdan, qeyd olunan ölkələrin münasibətlərinin bu formada müəyyənləşdirilməsi, əlbəttə ki, başa düşüləndi və əslində, hazırkı durumda vəziyyətdən çıxış yollarının biri kimi də dəyərləndirilə bilər".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 549   Tarix: 19 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20 sentyabr
.

Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib

Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad

20 sentyabr
.

Trampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi

ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd

20 sentyabr
.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

20 sentyabr
.

Qrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl

20 sentyabr
.

İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib

İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə

20 sentyabr
.

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah

20 sentyabr
.

"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı

Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə

20 sentyabr
.

KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib

Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib

20 sentyabr