20 il əvvəl dəmir yolunda parçalanmış meyiti tapılan Könül qətlə yetirilibmiş
İstanbulun Pendik rayonunda 20 il əvvəl qatar relslərində parçalanmış halda meyiti tapılan 26 yaşlı Könül Çelenin cinayətə qurban getdiyi müəyyən edilib.
Məlumat əsasında başlanan istintaq nəticəsində polis 4-ü qadın olmaqla 7 nəfəri saxlayıb.
2005-ci il aprelin 25-də Pendikdəki Tersane qatar stansiyasının relslərində bir qadın meyiti tapılmışdı. Meyitin üzərindən keçən qatar nəticəsində bədənin parçalandığı müəyyən edilmişdi.
Hadisə qeydlərə intihar kimi keçmişdi
Araşdırmalar nəticəsində meyitin 26 yaşında 2 uşaq anası olan Könül Çelənə aid olduğu müəyyən olunmuşdu. Hadisə o dövrdə polis qeydlərinə intihar kimi daxil edilmişdi.
İllər sonra bir məlumat polisin hərəkətə keçməsinə səbəb oldu
Hadisədən 20 il sonra bir şəxsin verdiyi məlumatla cinayət işi yenidən açılıb. Məlumatı verən şəxs gənc qadının qətlə yetirildiyini bildirib. İstanbul Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi tərəfindən aparılan istintaq zamanı hadisə ilə əlaqəli olduğu ehtimal edilən 4-ü qadın olmaqla 7 nəfər Muğla, Edirne, Sakarya, Trabzon və İstanbulda keçirilən əməliyyatlarla saxlanılıb.
Məhkəmə-Tibbi Ekspertiza: "O qədər sərxoş halda yeriyə bilməzdi"
İstintaq çərçivəsində Könül Çelenin meyiti üzərində Məhkəmə-Tibbi Ekspertiza tərəfindən aparılan analiz nəticəsində onun qanında 304 promil spirt olduğu aşkarlanıb. Mütəxəssislər belə yüksək miqdarda spirt qəbul edən şəxsin yeriyə bilməyəcəyini və özbaşına relslərə gedib çıxmasının mümkün olmadığını bildiriblər.
Telefonuna başqa SIM kart taxılıb, zəng edilib
Həmçinin məlum olub ki, Könül Çelənin guya intihar etdiyi saatdan bir neçə dəqiqə sonra onun mobil telefonuna başqa bir SIM kart taxılıb və bu nömrədən zəng edilib. İstintaq zamanı saxlanılan şəxslər arasında Könülün son dəfə görüldüyü dostları, keçmiş işəgötürəni, həmin SIM kartın sahibi və kartdan ilk zəng olunan şəxs də yer alır.
İki silah aşkar edilib
Keçirilən əməliyyat zamanı basqın edilən evlərdən birində iki ədəd lisenziyasız, quru sıxıdan düzəldilmiş tapança və çox sayda güllə aşkar olunub. Şübhəlilər polis idarəsindəki dindirmələrdən sonra məhkəməyə göndəriliblər./Milli.Az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 944 Tarix: 19 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ata oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
20 sentyabrİran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabrAvropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb
ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras
21 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrTramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabr