Rusiyanın təsirləri zəifləyir: Yeni sanksiyalar Moksvaya hansı problemlər yaşadacaq?

Rusiyanın təsirləri zəifləyir: Yeni sanksiyalar Moksvaya hansı problemlər yaşadacaq?Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar paketi qüvvəyə minib. Məhdudiyyətlər əsasən, Rusiyadan olan 22 banka, o cümlədən "T-Bank", "Surqutnefteqazbank" və "Bank Sankt-Peterburq"a tətbiq edilib. Sanksiyalar həmçinin "Şimal axını" qaz kəmərlərinin fəaliyyətinə də təsir göstərəcək. Eyni zamanda Aİ ölkələri Rusiyadan gələn neftin qiymət tavanını aşağı salmaq barədə razılaşıblar. Bununla yanaşı, sanksiyalar Azərbaycan, Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Sinqapur və Mavrikiyadan olan 18 xarici şirkətə də aid edilib. Bu, regiona, Ukrayna ilə müharibəyə və Rusiyanın özünə necə təsir göstərəcək? Gedişatı və gözləntiləri necə proqnozlaşdırmaq olar?

Politoloq Natiq Miri Oxu.Az-a açıqlamasında deyib ki, Rusiya tətbiq olunan 18-ci sanksiya paketi öz təsirlərini göstərəcək:

"Çünki tətbiq olunan sanksiya paketi bank sistemi ilə paralel enerjidaşıyıcılarını da özündə ehtiva edir. Burada da xüsusilə qaz və neft önə çıxır ki, Rusiya büdcəsinin 50 faizindən çoxu da məhz bu sahələrdən gələn gəlir əsasında formalaşır. Paralel olaraq, Rusiyanın neft və qaz satdığı ölkələrə də ikincidərəcəli sanksiyalar tətbiq olunacaq. Həmçinin, Rusiya neftini daşıyan tankerlərin məxsus olduğu ölkələrə də sanksiyalar tətbiq olunacaq ki, bu sanksiyalara məruz qalmamaq üçün, Rusiya neftindən imtina etmək məcburiyyəti yaranacaq. Bu istər Hindistan, istər Çin, istərsə də digər dövlətlərə, eyni zamanda, Rusiyanın neftini daşıyan ölkələrə, onların şirkətlərinə şamil olunacaq. Bu baxımdan, Rusiyanın maliyyə imkanlarının zəifləyəcəyi ehtimalı böyükdür".

Ekspertin fikrincə, Rusiyanın maliyyə imkanları məhdudlaşsa, Ukrayna ilə müharibənin davamlı aparılmasında da ciddi çətinliklər yaşayacaq:

"Çünki müharibə aparmaq üçün iqtisadiyyat lazımdır. Mövcud şəraitdə isə Rusiyanın yüksəksəviyyəli iqtisadiyyatından və maliyyə imkanlarından mövcud şəraitdə danışmaq mümkün deyil. Ona görə də Ukraynaya ilə müharibəyə təsir etmək baxımından bu cür sanksiyalar tətbiq olunur və düşünürəm ki, bu sanksiyalar Rusiyanın maliyyə imkanlarına çox ciddi təsir edəcək.

Ümumiyyətlə, müharibə sadəcə cəbhə xəttində deyil, eyni zamanda, iqtisadi sahədə də aparılır. Çünki qarşı tərəfin iqtisadiyyatı tamamilə çökdürülərsə, maliyyə imkanları məhdudlaşdırılarsa, bu, həmin ölkənin tezliklə məğlub olmasına yol açır. Hazırda Aİ-nin də Moskvaya yürütdüyü siyasət budur. Əgər Amerika Birləşmiş Ştatları da sözünün ağası olsa, birbaşa Rusiya neftinə yönəlik ikincidərəcəli sanksiyalar tətbiq edəcək ki, bu da Rusiya iqtisadiyyatını çökdürəcək. Çünki Donald Tramp "Rusiya 50 gün müddətində atəşkəsə razı olmazsa, bundan sonra ondan neft alan ölkələrə 500 faizlik rüsum tətbiq edəcəyini" bildirib ki, bu da Rusiya neftindən kütləvi imtinaya gətirib çıxara bilər. Bununla yanaşı, Aİ də neftin satışı ilə bağlı tavan qiyməti 50 dollardan aşağıya endirib. Bu qiymətə nail oluna bilərsə, Rusiya öz neftini satsa belə, bu müharibəni istədikləri səviyyədə maliyyələşdirmək imkanına malik olmayacaq. Bu da dolayısı ilə Rusiyanı atəşkəsə məcbur edən iqtisadi amillərdən biridir".

"O ki, qaldı bu sanksiyaların regiona təsiri, təbii ki, neftin qiymətinin indiki vəziyyətdə dünya bazarında enməsinə Aİ-nin birbaşa təsir imkanları yoxdur. Ancaq alışla bağlı hələ də Avropada elə ölkələr var ki, Rusiyanın neftini, qazını almağa davam edirlər ki, bu da Rusiya büdcəsinin doldurulmasına xidmət edir. Eyni zamanda, neftin qiymətinin aşağı düşməsi Azərbaycanın büdcəsi üçün də o qədər arzuolunan bir məsələ deyil. Çünki Azərbaycanın 2025-ci il dövlət büdcəsi layihəsində neftin bir barelinin qiyməti 70 ABŞ dolları həcmində nəzərdə tutulub. Bu, aşağı düşərsə, Azərbaycanın büdcəsində də azalmalar müşahidə olunacaq. Açığı mən bunu bir faciə kimi yox, əksinə, bir fürsət kimi dəyərləndirirəm ki, əgər qeyri-neft sektorunu inkişaf etdirmək lazımdırsa, bu gün məhz o gündür. Yəni neftdən və qazdan, enerjidaşıyıcılardan asılı bir iqtisadiyyatdan yeni bir iqtisadi sahələrə inteqrasiya etmək qeyri-neft sektorunu inkişaf etdirmək, yeni istehsal sahələrini açmaq üçün bir stimul ola bilər. Ona görə də əlbəttə ki, bu sanksiyaların həm də region dövlətlərinə müəyyən mənada təsiri ola bilər", - N.Miri qeyd edib.

Analitikin sözlərinə görə, Rusiya özünün təsir dairəsi saydığı ölkələrə təzyiqlərini davam etdirir:

"Bu cür maliyyə imkanlarının məhdudlaşdırılması Rusiyanın Ukrayna bataqlığında batdığı bir zamanda, əl-qolunu bağlayacaq. Bu baxımdan, bu sanksiyalar öz təsirlərini müxtəlif sahələr üzrə göstərməyə davam edəcək ki, bunlardan biri də geosiyasətdir. Yəni Rusiyanın geosiyasi maraqlarına da ciddi zərbə vurulacaq".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 580   Tarix: 20 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı

Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə

20 sentyabr
.

Qrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl

20 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr
.

Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür

Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs

20 sentyabr
.

Ata oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı

Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə

20 sentyabr
.

Vuçiç: İstefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözləyirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözlədiyini bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bunu Velika Planadakı "Moravski Konaci" etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkə

20 sentyabr
.

İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib

İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə

20 sentyabr
.

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm

20 sentyabr
.

Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin

20 sentyabr