Ukrayna Rusiyaya gələn həftə danışıqların yeni mərhələsini keçirməyi təklif edib
Ukrayna nümayəndə heyəti Rusiya tərəfinə gələn həftə danışıqların yeni mərhələsini keçirməyi təklif edib.
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, müvafiq təklifi İstanbulda danışıqlarda Kiyev nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov açıqlayıb:
"Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Umerov Rusiya tərəfinə növbəti görüşün gələn həftə keçirilməsini təklif etdiyini bildirib. Danışıqların dinamikasını artırmaq lazımdır. Biz atəşkəsə nail olmaq üçün hər şeyi etməliyik. Rusiya tərəfi isə qərarlardan gizlənməyi dayandırmalıdır".
Bundan əlavə, Zelenski əsir və girovların mübadiləsi məsələsinə də toxunub: "Rusiya tərəfi ilə mübadilələrlə bağlı söhbət davam edir. Biz İstanbuldakı son görüşün razılaşmalarını yerinə yetirməyə davam edirik. Komanda hazırda başqa bir mübadilə üzərində işləyir".
Zelenski Rusiya ilə ən yüksək səviyyədə danışıqlara hazır olduğunu bir daha təsdiqləyib: "Əsrilərin mübadiləsi, uşaqların qaytarılması və qətllərin dayandırılması lazımdır. Liderlər səviyyəsində görüş həqiqətən uzunmüddətli sülhü təmin etmək üçün lazımdır. Ukrayna belə görüşə hazırdır".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 849 Tarix: 20 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Adanada 5,0 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi
21 sentyabrKim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"
ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd
20 sentyabrQırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə
20 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb
ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras
21 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabr