Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşib

Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibAzərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turnirinə yekun vurulub.

Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu və "Teleqraf" İnformasiya Agentliyinin informasiya dəstəyi ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışın mükafatçıları müəyyənləşib.

AFFA hakimləri tərəfindən idarə olunan turnirin 3-cü yer uğrunda oyununda informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət komandası ictimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət "Ziya" komandası ilə qarşılaşıb. Oyun "Əkinçi"nin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin final oyununda isə televiziya işçilərindən formalaşan "Kaspi" komandası idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Kaspi"çilər 3:1 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıblar.

Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri - "Kaspi", "Kəşkül" və "Əkinçi" müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər. Mükafatları "Yurd.Media-nın baş redaktoru Murad Əliyev, İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov və "Avrora Qrup"un əməkdaşı Vasif Musayev verib.

Turnirin ən yaxşı qapıçısı "Kəşkül"ün qolkiperi Kənan Məstəliyev, yarışın ən yaxşı oyunçusu isə "Kaspi"nin üzvü Nurani İsgəndərov sayılıb. Onlara xüsusi mükafat verilib.

Sonda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov qalib komandaya kuboku təqdim edib.

Turnirin ən yaxşı qapıçısı seçilən Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev yarışın hər kəs üçün xoş təsir bağışladığını bildirib: "Burada biz təkcə idman yox, jurnalistikanın bütün sahələrindən olan həmkarlarımızla birlikdə çox gözəl vaxt keçirdik. Maraqlı qarşılaşmalar, rəqabət və mübarizə oldu".

Yurd.Media-nın baş redaktoru Murad Əliyev isə bildirib ki, Milli Mətbuatın yaranmasının 150 illiyi ilə bağlı təşkil olunan bu turnirin ənənəvi olması üçün səy göstəriləcək:
"Əsas məqsəd bölgə jurnalistləri ilə paytaxt media təmsilçiləri arasında əlaqələrin möhkəmlənməsidir".

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov da turnirin gərgin və maraqlı alındığını vurğulayıb: "Milli Mətbuatın yaranmasının 150 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Təsadufi deyil ki, məhz Şamaxı Olimpiya İdman Kompleksində də mətbuat işçiləri arasında minifutbol üzrə turnir keçirildi".

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və "Qəbələ" İdman Klubunun təşkilatı dəstəyi ilə keçirilib.

Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşibŞamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşib


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 714   Tarix: 20 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib. "Report" xəbər verir ki, onun sözlərindən "The Touchline" sitat gətirib. "Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Bilmək istəsəniz, mənim platforma

12 sentyabr
.

"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib

"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund

14 sentyabr
.

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək. "Old Trafford" stadionundakı qarşılaşma Bak

10 sentyabr
.

Azərbaycanın UEFA reytinqində neçəncidir?

Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab

11 sentyabr
.

Atletika çempionatında kütləvi zəhərlənmə

Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa

13 sentyabr
.

"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib

"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək

15 sentyabr
.

"Formula 1"ə görə Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Bu barədə -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Həmçinin, Üzeyir Hacıbəyli və Puşki

18 sentyabr
.

"Sabah" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra

14 sentyabr
.

"Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı

Misli Premyer Liqasında 6-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, "Turan Tovuz" isə 8 xall

19 sentyabr