2,5 milyon körpənin həyatını xilas edən qəhrəman – O, bunu necə bacardı?
James Harrison "qızıl qolu" ilə dünyada tanınır. J.Harrison 14 yaşında olarkən ağır əməliyyat keçirib və bu zaman ona 13 dəfə qan köçürülüb. J.Harrisona qan köçürülməsəydi, öləcəkdi. O, ölsəydi, 2,5 milyon körpənin həyatı da xilas edilməyəcəkdi.
Qlobal.net bu qəribə həyat hekayəsini təqdim edir. J.Harrison, 18 yaşına çatdıqda illər əvvəl ona bağışlanan qanları geri qaytarmaq qərarına gəlib. O, bir zamanlar ona edilən yaxşılığı, mərhəməti qarşılıqsız qoymayıb. 2015-ci ildə verdiyi açıqlamada J.Harrison bildirib ki, əməliyyatdan sonra donor olmaq qərarına gəlib: "bağışlayacağım qanların neçə insanı xilas edəcəyini bilmirdim. Onları heç vaxt tanımadım". Avstraliya Qızıl Xaç Qan Bağışı Bölümünün əməkdaşı Jemma Falkenmire "bağışlanan bütün qanlar qiymətlidir, amma Ceymsin qanı xüsusən əhəmiyyətlidir", deyib. J.Harrisonun qanı daha dünyaya gəlməmiş körpələrinə qarşı aqressiv davrana biləcək hamilə qadınlara nəql edildikdə, həqiqətən həyat xilas edən əlac təsiri bağışlayır. Məsələ burasındadır ki, J.Harrisonun qanı çox nadir rastlanan "Rh (D) immunoglobulin antikorlarına" (digər adıyla anti-D antikoru) sahibdir. Yəni Rh uyğunsuzluğu kimi bilinən durumlarda Harrisonun qanı körpələrin həyatını xilas edir. Rh neqatif olan bir yaxını olanlar bu problemdən xəbərdardır. Tibdə buna "yeni doğulmuşlarda hemorajik xəstəlik" deyilir. Bu xəstəlik ana ilə körpənin qan qrupları arasında uyğunsuzluq olduqda yaranır və hamiləlik zamanı ortaya çıxır, qarşısı alınmazsa, təhlükəli vəziyyət yarana bilər. Qan hüceyrələrinin bir-biri ilə mübarizə aparması səbəbindən körpə dünyaya gəlməmiş tələf ola bilər. Ona görə də qan analizlərində uyğunsuzluq aşkarlandıqda hamilə qadınların qanına anti-D - antivirusu yeridilir. J.Harrisonun qanı da anti-D antiviruslara sahibdir. Bu gün həkimlər anti-D əldə etmək üçün "plazma qanı"ndan istifadə edir. Bu isə qanında RhD antigenlərinə həssaslığı olan Rh qrupuna aid insanların qan plazması olmalıdır. J.Harrisona isə kiçik yaşlarında qan nəql edildiyi üçün o, bu anti-viruslara sahibdir və bu səbəbdən də qanı çox "dəyərli" hesab edilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1279 Tarix: 21 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabrUkrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah
20 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabrABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb
ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras
21 sentyabrSərxoş qadın ərini oxlovla döyüb öldürdü
Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü
20 sentyabrNəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"
21 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrƏbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20 sentyabrABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabr