Sosial media paylaşımlarına görə işdən çıxarılan müəllim: "Dolana bilmədiyim üçün bunu etdim"

Sosial media paylaşımlarına görə işdən çıxarılan müəllim: "Dolana bilmədiyim üçün bunu etdim"Sosial media paylaşımları səbəbilə çalışdığı özəl məktəbdən işdən çıxarılan bir müəllim, yaşadığı çətinlikləri göz yaşları içində paylaşaraq ictimaiyyətin gündəminə çevrilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, maddi sıxıntılar səbəbilə əlavə gəlir əldə etmək üçün internetdə məzmunlar hazırladığını deyən müəllim, işdən çıxarılma prosesində ona qarşı edilən haqsızlıqlardan danışıb.

Duyğusal videosunda müəllim bunları deyib:

"Mən dolana bilmədiyim üçün bunu etdim. Gecə yarısına qədər oturub məzmun hazırladım ki, əlavə qazancım olsun. Heç kimə zərər vermədim. Amma yalnız sosial media paylaşımlarım üzündən işimdən oldum."

O, həmçinin işsizlik müavinəti ala bilmək üçün məktəb rəhbərliyindən rəsmi şəkildə çıxış sənədi istədiyini, lakin bu istəyinin də rədd edildiyini bildirib:
"İşsizlik maaşı ala bilim deyə dedim ki, çıxışımı siz verin. Ona belə ‘yox’ dedilər. Sözün əsl mənasında ortada qaldım."

Sosial mediada sürətlə yayılan video minlərlə istifadəçidən dəstək mesajları alıb. Hadisə, özəl sektorda çalışan müəllimlərin qarşılaşdığı maddi sıxıntıları və iş təminatı problemini yenidən gündəmə gətirib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1756   Tarix: 23 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda

Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır

13 sentyabr
.

Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO

Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur

20 sentyabr
.

Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb

Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd

20 sentyabr
.

Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO

Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib

11 sentyabr
.

Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi

Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda

12 sentyabr
.

Göygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir

Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl

20 sentyabr
.

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını

15 sentyabr
.

Atatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO

Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim

14 sentyabr
.

Qəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO

Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib

10 sentyabr