Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad olundu
Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad edilib.
Lent.az xəbər verir ki, bu barədə tanınmış vəkil Muxtar Mustafayev məlumat yayıb.
O qeyd edib ki, Azərbaycan dövləti milli mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşlarını nəinki Rusiyada, Almaniyada belə müdafiə edir:
"Üç aya yaxındır ki, kolleqam Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usubla ərəb mənşəli Azərbaycan Respublikası vətəndaşı Abu Nahleh Xaled Abdel Hadinin Almaniya Federativ Respublikasında həbs edilərək, Küveyt dövlətinə ekstradisiyasının qarşısının alınması ilə məşğul idik.
Abu Nahleh Xaled Frankfurt hava limanından keçməklə səfər edən zaman Küveyt Dövlətinin elan etdiyi beynəlxalq axtarışa əsasən saxlanılmışdı və onun həmin dövlətə ekstradisiya edilməsi məsələsinə baxılırdı.
Abu Nahleh Xaled Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı həm də İordaniya Krallığının da vətəndaşıdır. Ona qarşı Küveyt dövlətində irəli sürülmüş əsassız ittihamları sübuta yetirilməyən hesab etmiş həmin dövlətin birinci və apellyasiya instansiya məhkəmələri ona bəraət versə də, Küveytin Ali məhkəməsi Abu Nahleh Xaledin məhkum edilməsinə dair qərar qəbul etmişdi. Bu qərarlar Abu Nahleh Xaledin iştirakı təmin edilmədən qəbul edilmişdi.
Eyni zamanda ərazi yurisdiksiyası kobud surətdə pozulmuşdu. Alman qanunvericiliyinə gözəl bələd olan kolleqam Elçin Usub tərəfindən Almaniya Federativ Respublikasının vəkilləri Dr. Yannic Hübner və Manuel Operhalsky müdafiəyə cəlb edildi".
Vəkilin sözlərinə görə, Azərbaycan Respublikasının Xarici İşlər və Ədliyyə nazirlikləri bu işdə ciddi dəstək olublar:
"Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən vətəndaşımızın konsul müdafiəsi təmin edildi, Ədliyyə nazirliyi tərəfindən isə hazırkı işlə bağlı sorğularımıza əsasən bütün zəruri cavablar, sənədlər operativ surətdə təqdim edildi.
Abu Nahleh Xaledin həbs edilməsinin əsassızlığı və Küveyt dövlətinə verilməsinin Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının ratifikasiya etdiyi "Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə əsasən mümkünsüz olmasına dair tərəfimizdən ətraflı rəy tərtib edilərək, təqdim edildi.
Uzun sürən mübarizəmiz uğurla bitdi, Almaniya Federativ Respublikasının Frankfurkt Mayn əyalətinin Yuxarı prokurorluğu tərəfindən Abu Nahleh Xaledin ekstradisiyası üçün əsasların olmadığı səbəbindən onun dərhal azad edilməsi barədə 22 iyul 2025-ci il tarixdə qərar qəbul edilib".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb