Ağır yol qəzasında eyni ailədən 3 nəfər həyatını itirib
Türkiyənin Bursa vilayətinin Karacabey rayonunda avtomobil ilə yük maşınının toqquşması nəticəsində eyni ailədən 3 nəfər həyatını itirib, 5 yaşlı uşaq isə yaralanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ailə övladları Süleyman Kahyaoğlunun Kara Harp Məktəbinə müraciəti üçün Bursa şəhərində tibbi müayinədən keçdikdən sonra geri dönərkən qəzaya uğrayıb.
Fəlakətli qəza Karacabey–Mustafakemalpaşa yolu üzərindəki karton qutusu fabrikinin qarşısında baş verib. İddialara görə, Karacabey istiqamətindən Mustafakemalpaşa istiqamətinə hərəkətdə olan, 52 yaşlı Süleyman Kahyaoğlunun idarə etdiyi 16 SK 645 dövlət nömrə nişanlı avtomobil, tali yoldan ana yola çıxan Ramazan Çetinkayanın idarə etdiyi 16 ALZ 236 nömrəli yük maşını ilə toqquşub.
Toqquşma nəticəsində avtomobil tamamilə yararsız hala düşüb. Hadisə yerinə dərhal polis, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri cəlb olunub. Sağlamlıq işçilərinin keçirdiyi ilkin müayinəyə əsasən avtomobildə olan ailə üzvlərindən Şükrü Kahyaoğlu, həyat yoldaşı Fatma Kahyaoğlu (45) və onların 19 yaşlı oğlu Süleyman Kahyaoğlu həyatını itirib. Ailənin digər övladı – 5 yaşlı Alaattin Kahyaoğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı uşaq Karacabey Dövlət Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində həlak olan ailə üzvlərinin meyitləri isə müvafiq araşdırmalardan sonra həmin xəstəxananın morquna təhvil verilib.
Məlumata görə, həyatını itirən ata Şükrü Kahyaoğlu bölgə yol polisi idarəsində polis zabiti kimi fəaliyyət göstərirmiş.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1859 Tarix: 25 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabrHəyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı
Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşa
21 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabrAğdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye
20 sentyabrHəkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd
19 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabr