İlin hansı ayında arıqlamağa başlamaq daha asandır
Əgər uzun zamandır arıqlamağı və ya sadəcə daha sağlam qidalanma rejiminə keçməyi düşünürsünüzsə, yanvar bu işə başlamaq üçün ideal ay ola bilər. Hərçənd yanvar çox vaxt yerinə yetirilməyən yeni il vədləri ilə assosiasiya olunur, araşdırmalar göstərir ki, məhz bu ayda arıqlamağa başlayan insanlar digər aylarda başlayanlara nisbətən daha çox çəki itirirlər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssislər bunu "yeni başlanğıc effekti" ilə izah edirlər. Yeni il insanların şüurunda yenilənmə, sıfırdan başlama və daha yaxşı həyat arzusu ilə əlaqələndirilir. Bu səbəbdən yanvar psixoloji olaraq dəyişikliklər üçün təbii başlanğıc nöqtəsi kimi qəbul olunur. İnsanlar özlərinə yeni bir səhifə açmaq fürsəti gördükləri üçün bu da onlara əlavə motivasiya verir.
Sosial təzyiqin də rolu böyükdür
Yanvarda fitness proqramları, pəhriz planları və idman zallarına dair reklamlar beyinlərimizi adeta ələ keçirir. Ətrafımızdakı insanların çoxu idmana başlayır, sağlam həyat tərzindən danışır, düzgün qidalanma (ZQ) reseptləri paylaşır. Bu da kollektiv motivasiya dalğası yaradır.
Araşdırmalar nə deyir?
Bir çox araşdırmalar yanvarda motivasiyanın həqiqətən də daha yüksək olduğunu göstərir. Bu da pəhriz planına və fiziki aktivliyə daha ciddi əməl olunmasına səbəb olur. Nəticədə uğur şansı artır. Hətta yanvarda başlayanlar tezliklə nəticə gördükləri üçün ilin qalan hissəsində də bu tempə davam etməyə meyilli olurlar.
Amma ehtiyatlı olmaq da lazımdır
Bütün bu müsbət cəhətlərə baxmayaraq, diyetoloqlar kəskin dəyişikliklərdən və sürətli nəticə arzusundan çəkinməyi tövsiyə edirlər. "Yeni il – yeni mən" şüarı altında insanlar çox zaman ac qalmağa, detoks pəhrizlərinə, qida qruplarını tamamilə çıxarmağa başlayırlar. Bu yanaşma həm fiziki, həm də psixoloji sağlamlıq üçün zərərli ola bilər – yorğunluq, narahatlıq, hətta qida pozuntuları yarada bilər.
Britaniya Dietoloqlar Assosiasiyası nəyi tövsiyə edir?
Bu qurum yumşaq və davamlı yol seçməyi tövsiyə edir. Məhdudiyyətlərə fokuslanmaq əvəzinə, faydalı vərdişlərin artırılmasına üstünlük verin:
Daha çox tərəvəz və lif qəbul edin
Yeməkləri vaxtında və müntəzəm yeyin
İçkilərdə şəkəri azaldın və ya tam çıxarın
Fiziki aktivliyi artırın
Yanvarda arıqlamağa necə düzgün başlamaq olar?
Real hədəf müəyyənləşdirin. Bir ayda 10 kq verməyə çalışmayın. Kiçik, amma əldə oluna bilən məqsədlərlə başlayın.
Qida gündəliyi aparın. Təkcə kalorini deyil, həm də qida vərdişlərinizi analiz etməyə kömək edəcək.
Sevdiyiniz qidalardan tam imtina etməyin. Bu, tezliklə geri dönüş riskini artırır. Daha yaxşısı – porsiyanı azaldın və ya sağlam alternativini tapın.
Hərəkət əlavə edin. Gəzinti, yoqa, üzgüçülük və ya rəqs – xoşladığınız bir aktivlik seçin.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 677 Tarix: 25 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrİş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrEv təmiri zamanı ən çox hansı problemlər çıxır?
Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl
21 sentyabrLənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabr"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"
"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar
21 sentyabrMərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı
21 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabr