Ovladıqları ceyran Neftçala sakinlərinin başına bəla oldu - HÖKM OXUNDU
Şirvan Milli Parkında "Qırmızı kitab"a düşən ceyranı ovlayan şəxslər məhkəmədə mühakimə ediliblər.
Sonxeber.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu ilin qış aylarında həbs edilən həmyerlilərin cəzası məlum olub.
Neftçala rayon sakinləri E.Əsgərov və S.Qasımov park ərazisinə daxil olaraq 3-4 yaş aralığında olan bir ceyranı vurublar. Nəticədə təbiətə 1650 manat zərər dəyib. Hər iki şəxs qrup halında qanunsuz ov etməkdə təqsirli bilinib və cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər ikisi də məhkəmədə səhvlərini etiraf ediblər. S.Qasımov ifadəsində deyib ki, əslində əraziyə quş ovlamaq məqsədilə gediblər. Oranın qoruq ərazi olduğunu isə sonradan öyrəniblər: "Ceyranı tüfənglə E.Əsgərov vurdu. Mən həmin vaxt maşında oturmuşdum. Kisədə nəsə gətirdi. Soruşanda dedi ki, ceyran vurmuşam. Sonra ceyranı kəsib yarı böldü. Özümə düşən payı evə aparıb 4 uşağımla və digər ailə üzvlərimlə birgə bişirib yedik".
E.Əsgərov isə hakimə deyib ki, ovladığı ceyranı atasından qorxduğu üçün evə apara bilməyib. Artıq həm də hüquq-mühafizə orqanlarının da işdən məlumatlı olduğunu öyrəndiyi üçün əti Kür çayına atıb.
Təqsirləndirilən şəxslər yekunda peşman olduqlarını dilə gətiriblər, azyaşlı övladlarının olduğunu nəzərə alaraq məhkəmədən həbslə bağlı olmayan yüngül cəza istəyiblər.
Zərərçəkmiş qismində tanınmış Şirvan Milli Parkının nümayəndəsi isə digər şəxslərə nümunə olsun deyə təqsirləndirilən şəxslərin qanunauyğun cəzalandırılmasını xahiş edib.
Məhkəmə yekunda müttəhimlərin ilk dəfə cinayət törətmələrini və ailə vəziyyətlərini nəzərə alaraq onlara yüngül cəza təyin edib. E.Əsgərov və S.Qasımova 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaqla nəzarət) cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 898 Tarix: 26 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabr