Bakının bəzi rayonlarında niyə su yoxdur? - RƏSMİ
Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi və Yasamalda yerləşən MİDA yaşayış kompleksində su təchizatında fasilələr yaşanır. Sakinlərin sözlərinə görə, xüsusilə pik saatlarda təzyiq zəifləyir, bəzi hallarda isə ümumiyyətlə, su olmur. Yayın ən isti günlərində bu cür problemlərin yaşanması narahatlıq doğurur. Bəs suyun verilişindəki bu azalmanın səbəbi nədir və nə vaxt düzələcək?
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki,Bakı şəhəri və Bakıətrafı bəzi yaşayış ərazilərində müşahidə olunan su təchizatındakı fasilələr müəyyən səbəblərlə bağlıdır:
"Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbatın artması təbiidir. Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır. Rejimlərin tənzimlənməsi əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan Bakı ətrafındakı yüksəkliklərdə pərakəndə üsulla salınmış yaşayış ərazilərinə təsir edir, əsas su gətirici magistral kəmərlərin üzərindəki, mühafizə zolağındakı mövcud tikililər suyun şərq zonasına çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər yaradır".
Qurumun açıqlamasında qeyd olunub ki, bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda intensiv və sistemli tədbirlər görülür:
"Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin isti hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb.Hazırda mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin tələbatına uyğun olaraq Bakı şəhərinə tələbatından 0,3 milyon kub metr çox su verilir. Buna baxmayarq, normativə cavab verməyən tikililər, xətlərin tənzimlənməsinə əngəl yaradan yaşayış sahələri suyun fasiləsiz təminatına ciddi faktor kimi təsir edir. Bu faktların aradan qaldırılması istiqamətində Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kürsutəmizləyici qurğuları komplekslərində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin, qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir".
"İsti hava şəraitində mövcud problemlərin təsirinin minimuma endirilməsi məqsədilə abonentlərdən sudan daha da səmərəli istifadə etmək xahiş olunur", - deyə məlumatda bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb