Bakı metrosunda mühüm infrastruktur dəyişiklikləri olacaq - Sakinləri hansı yeniliklər gözləyir?

Bakı metrosunda mühüm infrastruktur dəyişiklikləri olacaq - Sakinləri hansı yeniliklər gözləyir?Bakının ən çox yüklənən, həm də ən turistik nöqtələrindən biri olan metronun "İçərişəhər" stansiyasının ətrafında yaxın illərdə ciddi infrastruktur dəyişiklikləri gözlənilir.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, stansiyadan sonra dönmə qurğusu və onun üstündə yeraltı parklanma sahəsi salınacaq.

Metrostansiyadan dərhal sonra yerləşəcək dönmə qurğusu, yəni qatarların istiqamət dəyişməsinə imkan verən sistem həm xəttin çevikliyini artıracaq, həm də təxirəsalınmaz hallarda qatarların mərkəzə qayıtmasını sürətləndirəcək.

Bu mühüm texniki infrastrukturun üzərində isə yeraltı avtomobil dayanacağı olacaq. Tarixi mərkəzdə avtomobil saxlamaq çətinliyi, ən çox da turist axını olan vaxtlarda ciddi problemə çevrilirdi.

Ən vacib dəyişikliklərdən biri də metronun "28 May" stansiyasında nəzərdə tutulur. Artıq bu ərazi təkcə qovşaq yox, mərkəzi keçid platforması olacaq. Hazırda istifadəçilər bir stansiyadan digərinə keçid zamanı yolun böyük hissəsini yeraltı keçid vasitəsilə qət edirlər. Yeni layihəyə əsasən, xətlərarası birbaşa keçid tuneli salınacaq və fasiləsiz qatar inteqrasiyası təmin ediləcək.

Yeni proqram çərçivəsində 10 yeni stansiya, xüsusilə də "Yaşıl" və "Bənövşəyi" xətlərin uzadılması nəzərdə tutulur. Bu isə təkcə metro şəbəkəsinin genişlənməsi deyil, həm də şəhər daxilində balanslı sərnişin paylanması deməkdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 705   Tarix: 28 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd

21 sentyabr
.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr