"Yaprak Dökümü"nün Ali Rza Bəyi ekranlara geri qayıdır
Bir dövrə damğasını vuran "Yaprak Dökümü" serialında canlandırdığı Ali Rza bəy obrazı ilə tamaşaçıların yaddaşına həkk olunan usta aktyor Halil Ergün yeni mövsümdə televiziya ekranlarına güclü dönüş etməyə hazırlaşır.
Sonxeber.az xəbər verir ki, türk kinosunun yaşayan əfsanəsi uzun illəri əhatə edən karyerasına damğa vuracaq yeni layihələrlə pərəstişkarlarının qarşısına çıxacaq.
Halil Ergün hazırda ssenari üzərində iş gedən bir bədii filmdə Alzheimer xəstəliyi ilə mübarizə aparan yaşlı bir mafia başçısının təsirli həyat hekayəsini canlandıracaq. Təcrübəli prodüser İhsan Taşın imzasını daşıyan bu filmdə keçmişi ilə üz-üzə gələn bir yeraltı aləm fiqurunun dramatik hekayəsi ekranlaşdırılacaq. Unudulmaq üzrə olan xatirələr, sərt bir keçmiş və dərin daxili mübarizələrin mərkəzində yer alacağı bu film artıq indidən kino ictimaiyyətində maraq doğurub.
Roluna həm fiziki, həm də psixoloji cəhətdən hazırlaşmaq istəyən Halil Ergün bu məqsədlə İstanbul yaxınlığında yerləşən və təbiəti ilə seçilən Ağvanı (Ağva) seçib. O, burada Acquaverde Hotel-də qalaraq həm dincəlir, həm də prodüser İhsan Taş ilə birlikdə ssenari üzərində işləyir. Təbiətlə iç-içə bu mühit, eyni zamanda yaradıcı proses üçün ilhamverici bir atmosfer yaradır.
Yalnız kinoda deyil, televiziya tamaşaçıları da Halil Ergünü bu mövsüm ekranda görməyə hazırlaşır. Hələ detalları açıqlanmayan yeni bir serial layihəsində yer alacaq aktyor bu mövsüm həm dram sevərləri, həm də serial izləyicilərini həyəcanlandıracaq bir dönüş üçün çalışır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
9 illik evlilikləri bitir
Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb
13 sentyabrEvində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...
Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ
6 sentyabrAfra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində haqqında saxlanılma qərarı verildiyi bildirilən aktrisa Afra Saraçoğlu barəsində yayılan xəbərlərə münasibət bildirib. xarici mediaya istinadla xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun cəmiyyətin sağlamlığı və təhlükəsizliyin
18 sentyabr"Yeraltı"nın yayım tarixi bəlli oldu
Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin
13 sentyabrİlham Mirzəyev xəstəxanaya yerləşdirildi
Tanınmış aparıcı İlham Mirzəyevin səhhətində problem yaranıb. "Bakupost"a istinadla xəbər verir ki, aparıcı hazırda Mərkəzi Klinikada müalicə aldığını bildirib. O, vəziyyətinin yaxşı olmadığını qeyd edərək izləyicilərindən onun üçün dua etmələrini istəyib. "Hazırda Mərkəzi Klinikadayam
6 sentyabrMəşhur modelyer 63 yaşını xüsusi video ilə qeyd etdi - VİDEO
Məşhur modelyer Biricik Suden 63-cü yaşını sosial media hesabında paylaşdığı xüsusi video ilə qeyd edib. xarici mediaya istinadla xəbər verir ki, Mazhar Alansonun həyat yoldaşı olan Suden videoda idman geyimində kamera qarşısına keçib. Onun enerjili hərəkətləri və formada görünüşü diqqət çəkib. Studiy
18 sentyabrMəşhur müğənni konsertdə səhnəni tərk etdi, dava düşdü - VİDEO
Türkiyəli məşhur müğənni Kurtuluş Kuşun Malatyada verdiyi konsert gözlənilməz hadisə səbəbindən yarımçıq qalıb. xarici mediaya istinadla xəbər verir ki, müğənninin səhnə ilə tamaşaçılar arasındakı məsafənin azaldılması ilə bağlı tələbi yerinə yetirilməyib. Bundan sonra Kuş səhnəni tərk edib və konser
4 sentyabr