"Gigiyenik tələblərə cavab verməyən satış məntəqələrinə ciddi cərimələr tətbiq olunmalıdır" - AÇIQLAMA

"Gigiyenik tələblərə cavab verməyən satış məntəqələrinə ciddi cərimələr tətbiq olunmalıdır" - AÇIQLAMASon dövrlər açıq havada, xüsusilə də bazarlarda gigiyenik qaydalara riayət olunmadan satılan qida məhsullarının sayı artmaqdadır. Bu vəziyyət istehlakçılar üçün ciddi sağlamlıq riski yaradır və qida zəhərlənmələrinin potensial səbəblərindən biri kimi qiymətləndirilir. Bəs, nə üçün bu cür açıq satışlara nəzarət zəifdir və bunun qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Sonxeber.az-a qida eksperti Asim Vəliyev danışıb.

O, açıqlamasında qeyd edib ki, bazarlarda və küçə ticarətində gigiyena qaydalarına əməl edilmədən qida satışı hər zaman mövcud olub, olacaq da:

"Müəyyən nəzarət mexanizmlərini artırmaqla bu kimi halları minimuma endirə bilərik. Təbii ki, bu hal istehlakçıların sağlamlığı üçün ciddi risklər yaradır. Açıq şəkildə saxlanılan ət, süd məhsulları, şirniyyatlar və digər tez xarab olan qida məhsulları mikroorqanizmlərin, zərərvericilərin və tozun təsirinə məruz qalır. Bu isə qida zəhərlənmələrinin və digər yoluxucu xəstəliklərin yaranmasına səbəb olur.

Əlbəttə, qida təhlükəsizliyi ilə bağlı qanunvericilik mövcuddur. Lakin bəzi hallarda bu qaydaların icrasına nəzarət yetərincə ciddi aparılmır. Kiçik ticarətlə məşğul olanlar çox vaxt nəzarətdən yayına bilirlər. Həmçinin, nəzarət orqanlarının hər bazara, hər küçəyə mütəmadi baxış keçirməsi üçün həm fiziki, həm də resurs baxımından imkanları məhduddur. Satıcıların bir çoxu gigiyenik qaydalara riayət etməyin vacibliyini ciddiyə almır. Gigiyenik şərait yaratmaq sahibkar üçün əlavə xərc deməkdir. Bəzi iş adamları bu xərclərdən yayınmağa çalışırlar.

Açıq şəkildə qalan qida məhsulları toz, milçək və digər həşəratlarla çirklənə bilir. Xüsusilə isti havalarda temperaturun düzgün qorunmaması mikroorqanizmlərin sürətlə çoxalmasına səbəb olur. Nəticə etibarilə zəhərlənmə halları artır".

Ekspert onu da qeyd etdi ki, dövlət orqanları bazar və küçə ticarətinə mütəmadi olaraq yoxlamalar aparmalıdır:

"Gigiyenik tələblərə cavab verməyən satış məntəqələrinə ciddi cərimələr tətbiq olunmalıdır. Satıcıların məhsulları soyuducularda, bağlanmış vitrinlərdə və ya qoruyucu qablaşdırmada saxlaması məcburi olmalıdır. Həmçinin, xüsusi gigiyenik stendlərin quraşdırılması da vacibdir.

Vətəndaş cəmiyyəti institutları satıcılar və istehlakçılar arasında qida təhlükəsizliyi ilə bağlı təlimləri və maarifləndirici kampaniyaları artırmalıdır.

Biz, istehlakçılar olaraq, gigiyenik qaydalara əməl etməyən satıcılardan məhsul almamalıyıq. Hər kəs öz hüquqlarını bilməli və pozuntuları aidiyyəti qurumlara bildirməlidir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1022   Tarix: 28 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd

21 sentyabr
.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr