Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq pozuntu aşkarlandı

Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq pozuntu aşkarlandıHesablama Palatası 2025-ci il üçün İş Planına əsasən Dövlət Turizm Agentliyində 2021-2024-cü illəri əhatə edən kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, audit dövlət vəsaitinin və dövlət əmlakının idarə olunmasının qanunvericiliyə uyğunluğunu qiymətləndirmək məqsədi daşıyıb.

Audit nəticəsində aşağıdakı əsas nöqsanlar aşkarlanıb:

Auditin əhatə etdiyi 2021-2024-cü illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası zamanı bir sıra hallarda Agentliyin tabeliyindəki qurumların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri vəsaitlərin ayrılması fonunda funksiyaların digər qurumlara ötürülməsi hallarına rast gəlinib.

Azərbaycan Dövlət Turizm Agentliyi haqqında Əsasnamə"də Agentliyin funksional fəaliyyəti və vəzifələri üzrə mütəxəssis (kadr) hazırlığı nəzərdə tutulmadığı halda, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın İMC KREMS Tətbiqi Elmlər Universiteti arasında İMC Transmilli proqramın tərtibi və həyata keçirilməsinə dair bağlanılmış müqavilələrə əsasən 2021-2023-cü illərdə ümumilikdə 899.5 min manat büdcə vəsaiti ödənilib.

Audit dövründə əhəmiyyətli sayda əməliyyatları əhatə edən 330 min manat məbləğində vəsaitlər vahid büdcə təsnifatının tələblərinə əməl edilməyərək funksional və iqtisadi təsnifatın paraqrafları üzrə xərclənməyib.

Qoruqları İdarəetmə Mərkəzinin müvafiq 4 qoruğunun ərazilərində toplanmış zibil, xəzəl, məişət tullantılarının yığılması, daşınması, ərazilərin süpürülməsi, ağacların əkilməsi, budanması və sair işlərin həyata keçirilməsi ilə bağlı satınalma müqavilələri bağlanılaraq həmin qurumların vəsaitləri hesabına aparılmalı olduğu halda Agentlik auditlə əhatə olunan dövr ərzində 835.5 min manat məbləğində vəsait ödəyib.

Agentlik "Azərbaycan Turizm Bürosu" və "Qoruqların İdarəetmə Mərkəzi"nə 2023-2024-cü illər üzrə vəsaitlərin köçürülməsi ilə bağlı müvafiq müraciətlər edilməsi və həmin müraciətlərə müvafiq razılıq və ya cavab alınmaması fonunda ümumilikdə auditlə əhatə olunan dövr ərzində 18.5 milyon manat məbləğində büdcə vəsaiti ilin sonunda tabelikdəki qurumlara köçürülməklə ilin sonuna bütün xəzinə hesablarının qalıqlarının vahid xəzinə hesabına köçürülməsi ilə bağlı tələbdən yayınıb.

"Büdcə sistemi haqqında" qanunun tələbini pozan Agentlik vəsaitlərin akkreditiv hesablarda saxlanılmasına yol verib, bəzi hallarda vəsaiti büdcəyə qaytarmayıb. Akkreditiv hesablarda saxlanılmış vəsaitin 3 milyon 89.7 min manatı 2022-ci ildə, 8 milyon 789.2 min manatı 2023-cü il ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmış (icra edilmiş), ilin sonuna qalan 965.4 min manat vəsaitdən 921.8 min manatı isə 2024-cü il ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmaqla cəmi 43.5 min manatı büdcəyə qaytarılıb.

Auditin əhatə etdiyi illərdə Agentliyin mühasibatlığında sabit mühasibat uçotu proqramı mövcud olmayıb, dövr ərzində işçilərin əməkhaqqının hesablanması, debitor və kreditorların, anbarın, əsas vəsaitlərin və material ehtiyatların uçotunun aparılması, memorial orderlərin işlənilməsi və dövriyyə cədvəlinin hazırlanması müvafiq cədvəl proqramının köməyi ilə həyata keçirilib. Bu, öz növbəsində, maliyyə hesabatlarında təhriflərin də formalaşmasına şərait yaradıb.

Auditin əhatə etdiyi illərdə yerinə yetirilmiş təmir və bərpa işləri üzrə seçmə qaydada toplanmış audit sübutları ilə smetada nəzərdə tutulmayan işlərin dəyərinin ödənildiyi, bəzi işlərin dəyərinin və həcmlərinin artırılması hesabına podratçıya əlavə vəsaitin ödənildiyi, eləcə də bir sıra nöqsanlar səbəbindən dövlət vəsaitinin artıq istifadəsinə yol verildiyi müəyyən olunub.

Respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı bəzi hallarda qüvvədə olan norma və tələblərə əməl olunmamış, bu və müqavilədə nəzərdə tutulmuş şərtlərin icra edilməməsi artıq dövlət vəsaitinin icrasına səbəb olub.

Müqavilə öhdəliklərinin icra vəziyyətinə nəzarət olunmaması, eyni zamanda, xarici ölkələrdə təbliğat xarakterli məlumatların yerləşdirilməsi ilə bağlı keçirilmiş satınalmaların, son nəticədə isə bu istiqamətdə fəaliyyətin nəticəliliyinə təsir göstərib və vəsaitlərin vaxtında icra edilməsi imkanlarını məhdudlaşdırılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 447   Tarix: 30 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat

21 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayır. Məsələ ilə bağlı -a danışan Abbasov Kazım Elşən oğlunun vəkili Sahil Allahverdiyev bildirib ki, şikayət üzrə Binəqədi Rayon Məhkəməsind

21 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı

21 sentyabr