"Repetitora 350 manat ödəyən şagirdlə 150 manat ödəyən şagird bəzən eyni nəticəni göstərir" - AÇIQLAMA

"Repetitora 350 manat ödəyən şagirdlə 150 manat ödəyən şagird bəzən eyni nəticəni göstərir" - AÇIQLAMASon vaxtlar təhsil sektorunda müşahidə olunan qiymət artımları cəmiyyətin müxtəlif təbəqələrində ciddi narazılıq doğurur. Xüsusilə repetitorların fərdi hazırlıqları sahəsindəki qiymətlər artıq bir çox valideyn üçün əlçatmaz hala gəlib. Riyaziyyat fənni üzrə ayda 8-10 dərsə görə 350 manat tələb olunması, Bakı və ətraf ərazilərdə orta statistik kirayə ev qiymətləri ilə eyni səviyyədədir. Bu məbləğ təkcə bir fənn üçündürsə, bəs digər fənlər necə? Ailələr bu yükün altından necə çıxır?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az -a açıqlama verib:

"Azərbaycanda son illər təhsil sistemi içində paralel bir bazar formalaşıb – repetitor hazırlığı artıq imtahanlarda uğur qazanmağın əsas şərti kimi qəbul edilir. Dövlət məktəblərinin verdiyi təhsil şagirdləri universitet imtahanlarına tam hazırlamadığı üçün valideynlər əlavə hazırlıq xidmətlərinə müraciət etməyə məcbur qalır. Bu xidmətin qiymətləri isə ildən-ilə kəskin artır, bəzi müəllimlər bir fənn üçün aylıq 300-350 manat tələb edirlər. Bu rəqəmlər ölkədə orta aylıq əməkhaqqının 957 manat (2025-ci ilin ilk yarısı üzrə rəsmi statistika) olduğunu nəzərə aldıqda ailə büdcəsinə böyük zərbədir və təhsil bərabərliyini ciddi şəkildə pozur. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul olunanların təxminən 82 faizi repetitor hazırlığından keçib. Bu fakt təhsil sisteminin keyfiyyəti və dövlət məktəblərinin effektivliyi barədə ciddi suallar doğurur.

Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 5.2-ci maddəsində dövlətin əsas öhdəliklərindən biri kimi "təhsil almaq üçün bərabər imkanların yaradılması" qeyd olunur. Amma reallıqda məktəb proqramları imtahanlarda yüksək nəticə göstərmək üçün yetərli deyil və repetitor hazırlığı məcburi hala çevrilib. Bu vəziyyət qanunun mahiyyətinə ziddir, çünki ailələrin maddi imkanları təhsil nəticələrinə birbaşa təsir göstərir. Yalnız ödəniş edə bilən şagirdlər yüksək balla universitetə qəbul olmaq şansı əldə edir, digərləri isə rəqabətdən kənarda qalır. Beləliklə, təhsil sistemində sosial ədalət prinsipi faktiki olaraq pozulur.

Dünya təcrübəsində repetitor hazırlığı bu qədər kütləvi xarakter daşımır. Finlandiya, İsveç və Norveç kimi ölkələrdə dövlət məktəblərinin tədris proqramları şagirdləri qəbul imtahanlarına əlavə dəstəyə ehtiyac olmadan hazırlaşdırır. Bu ölkələrdə təhsil keyfiyyətinin yüksəkliyinə görə repetitor bazarı yalnız xüsusi hallarda mövcuddur və ümumi qəbul sisteminə təsir etmir. Cənubi Koreya və Yaponiyada isə repetitorluq geniş yayılıb, amma dövlət tənzimləməsi var: dərs saatları, qiymət hədləri və müəllimlərin əlavə hazırlıq fəaliyyəti qanunla nəzarətdə saxlanılır. Azərbaycanda isə nə qiymət siyasəti, nə fəaliyyət standartı, nə də nəticələrin obyektiv ölçülməsi mexanizmi mövcuddur.

Repetitor qiymətlərinin yüksək olması heç də nəticənin daha yaxşı olmasına zəmanət vermir. Təcrübə göstərir ki, 350 manat ödəyən şagirdlə 150 manat ödəyən şagird bəzən eyni nəticəni göstərir. Qiymət çox zaman müəllimin bazardakı tanınmışlığı və tələbatla əlaqədar olur, amma bu, onun peşəkarlığının obyektiv göstəricisi deyil. DİM-in statistikası təsdiq edir ki, yüksək nəticə göstərən abituriyentlərin böyük hissəsi orta qiymətli repetitor hazırlığı ilə də uğur qazanıb. Bu, yüksək qiymətlərin keyfiyyətin təminatçısı olmadığını göstərir.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir strateji addım atmır. Nazirliyin nə repetitor fəaliyyətinə dair hüquqi baza yaratmaq, nə qiymətlərin tənzimlənməsi, nə də məktəblərdə real keyfiyyəti artıraraq əlavə hazırlığa ehtiyacı azaltmaq planı var. Marifləndirmə işləri aparılmır, valideyn və şagirdlər bazar münasibətləri daxilində təkbaşına mübarizə aparır. Təhsil sistemi isə getdikcə daha çox pullu xidmətlərə əsaslanır və bu, gələcəkdə təhsil imkanlarının yalnız maddi vəziyyəti yaxşı olan ailələrin övladları üçün əlçatan olmasına gətirib çıxaracaq.

Bu vəziyyətin dəyişməsi üçün dövlət məktəblərində real tədris keyfiyyəti artırılmalı, repetitorluğa olan ehtiyac minimuma endirilməlidir. Təhsil Nazirliyi repetitor fəaliyyətinə hüquqi çərçivə yaratmalı, qiymətlərin süni şişirdilməsinə qarşı nəzarət mexanizmləri tətbiq etməlidir. Əks halda təhsil bərabərliyi yalnız qanunlarda yazılmış bir ifadə olaraq qalacaq, real həyatda isə pullu hazırlıq təhsilə çıxışın əsas şərti kimi möhkəmlənəcək. Elm və Təhsil Nazirliyinin bu sahədə planlarının olmaması, proqnozların açıqlanmaması və marifləndirmə işlərinin aparılmaması təhsil sisteminin ən ciddi problemlərindən biri kimi qalacaq və hər il daha çox ailə üçün əlavə iqtisadi yük yaradacaq".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1392   Tarix: 01 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye

21 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr
.

David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayır. Məsələ ilə bağlı -a danışan Abbasov Kazım Elşən oğlunun vəkili Sahil Allahverdiyev bildirib ki, şikayət üzrə Binəqədi Rayon Məhkəməsind

21 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21 sentyabr