Evlənmək üçün dostunun yanında işə başlayan gənc toy eləmək yerinə, həbsə girdi
Ankarada züccaciye mağazada çalışan 22 yaşlı Burak Sevinç, dostu H.B.U.-nun e-ticarət iş təklifi üzərinə bank hesabı açıb və kart məlumatlarını verməsindən sonra 17 ayrı dələduzluq işi ilə üzləşib.
Sonxeber.az türk mediasına istinadəən xəbər verir ki, gənc, məhkəmədə mühakimə olunduğu bir iş üzrə 3 il 4 ay həbs və 166 min TL məbləğində pul cəzasına məhkum edilərək həbsxanaya göndərilib.
İddiaya görə, Sevinç nişan mərasimi xərclərini ödəyə bilmək üçün dostunun "aile şirketi"ndə işləməyə razılaşıb. Saç formalaşdırıcı məhsulların satışı adı ilə fəaliyyət göstərən şirkətdə işləyə bilmək üçün bank hesab məlumatlarını və kartını dostuna verib. Təxminən 15 gün sonra onun adına "bank və ya kredit qurumlarından istifadə edərək dələduzluq" ittihamı ilə 17 ayrı istintaq başladılıb.
İzmir 15-ci Ağır Cinayət Məhkəməsində aparılan işdə Sevinç, müştəri B.K.K.-nın şikayəti əsasında 3 il 4 ay həbsə və 166 min TL cəriməyə məhkum olunub. O, qərara etiraz etsə də, apellyasiya məhkəməsi şikayəti rədd edib.
Burak Sevinçin anası Hacer Sevinç Yoldaş (42), oğlunun günahsız yerə həbs edildiyini bildirərək deyib:
"Toyumuzu maddi imkan olmadığından edə bilmirdik. Dostu ona iş təklif etdi, ailə şirkətində saç düzləşdirici satışı ilə məşğul olduqlarını dedi. Oğlum bunun cinayət olduğunu bilmədən razılaşdı. Şikayət geri çəkildiyi və zərər ödəndiyi halda oğlum indi 17 iş üzrə mühakimə olunur. Bir iş üzrə hökm təsdiqlənib və 3 il 4 ay həbs cəzası alıb. Digər işlər də davam edir."
Ananın sözlərinə görə, oğlunun bank hesabı məlumatları 15 gün ərzində dostunun əlində olub, həmin müddətdə edilən qanunsuz əməliyyatlara görə mühakimə prosesi hələ də davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2899 Tarix: 01 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabrKüçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO
Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla
11 sentyabr