Sürücülərə çətin anlar yaşadan şüşə silənlər – zorla pul istəyib, avtomobilləri cızmaqla hədələyirlər
Adananın xüsusilə Yüreğir rayonu və şəhər mərkəzindəki demək olar ki, bütün işıqforlarda şüşə silən şəxslər sürücülərə çətin anlar yaşadır. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzilərinin avtomobil qapılarını zorlayaraq pul istədiyi, sildirməyənləri isə avtomobili cızmaqla hədələdiyi görülüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, şəhərin uzun müddətdir həll olunmayan problemlərindən biri olan bu vəziyyətə qarşı polis və bələdiyyə əməkdaşlarının müdaxiləsi yetərsiz qalır. Onlar yalnız yaxalaya bildiklərini saxlayır, lakin əksər hallarda şüşə silən şəxslər polis görünən kimi yan küçələrə qaçaraq izlərini itirirlər.
Sosial mediada yayılan videolarda bəzi şəxslərin sürücülərin qapılarını zorladığı, bəzilərinin qapını açıb zorla pul tələb etdiyi əks olunub. Hətta bir nəfərin onu çəkən sürücünü öz növbəsində telefonla çəkdiyi anlar da müzakirə doğurub.
Hadisədən narazı olan sürücülər problemin tezliklə həllini tələb edirlər:
• Aziz Ural (sürücü): "Polislər vəzifələrini görsə, çox yaxşı olar. Artıq təhlükə saçmağa başlayıblar. Maşınlara təpik, yumruq atırlar. Bəzən can təhlükəsizliyimiz olmur. Qadın sürücülər daha çox əziyyət çəkir. Medianın gördüyü bəlkə bir hadisədir, amma bu hər gün olur."
• Adnan Yılmaz (marşrut sürücüsü): "Bu şüşə silənlər yanımıza gəlmir, amma tez-tez görürük, vətəndaşlara problem yaradırlar. Polis yardımçı olsun. Bu adamlar qadınların çantasını da oğurlaya bilər."
• Zeki Küçük (sürücü): "Bəzən bizim də yanımıza gəlirlər. ‘Etməyin’ deyirəm, gedirlər, amma yenə də narahatlıq davam edir."
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1481 Tarix: 01 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qonaq gözləyən ailənin evinə ilan gəldi - VİDEO
Türkiyənin Hakkari vilayətinin Derecik rayonunda qonaq gözləyən ailənin evinə ilan daxil olub. xarici mediaya istinadla xəbər verir ki, hadisə axşam saatlarında rayonun Başkaya məhəlləsində baş verib. Sönmez ailəsi evdə qonaq qarşılamaq üçün hazırlıq görərkən, isti hava səbəbindən otaqları havalandırma
7 iyulZaur Kamal qəzaya düşdü - Foto
Aparıcı Zaur Kamal avtomobil qəzası keçirdib. Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub. "Gəncəyə çataçatda oldu. Salamatçılıqdır" deyə, Zaur əlavə edib. Aparıcı daha sonra "Geländewagen" markalı maşınının əzilmiş fotosunu paylaşaraq "Bu da bel
4 iyulAzərbaycanda ZƏLZƏLƏ OLDU
Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumatda bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 60 km olub
4 iyulBakıda 59 yaşlı sürücü sükan arxasında öldü
Bakıda 59 yaşlı kişi sükan arxasında ölüb. -ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini 1967-ci il təvəllüdlü Faiq Oruc oğlu Məmmədov idarə etdiyi "Toyota" markalı avtomobildə infarkt keçirərək həyatını itirib. Araşdırmalar aparılır
4 iyulAğsuda çətənə kolu yetişdirən şəxs tutulub
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvanda
4 iyulXƏBƏRDARLIQ! Hava YENİDƏN PİSLƏŞƏCƏK: Leysan və sel...
İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı
4 iyulÖlkəni yasa boğan hadisə! 21 yaşlı vəkil faciəvi şəkildə öldü
Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi 21 yaşlı vəkil Tuğçe Şenin həyatına son qoyub. xarici mediaya istinadla xəbər verir ki, hadisə D-400 magistral yolunda qeydə alınıb. Məlumata görə, yolu keçmək istəyən Tuğçe Şeni Uğur D.-nin idarə etdiyi avtomobil vurub
6 iyul