Aliment ödəyən kişi arvadına 16 bıçaq zərbəsi vurdu - Bərdədəki cinayətin TƏFƏRRÜATI
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirləndirilən Zərdab rayon sakini Yusif Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Y.Təhməzov 11 il 6 ay azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Y.Təhməzov Bərdə şəhər sakini Günay Təhməzova ilə ailə həyatı qurub və birgə nikahdan iki övladları dünyaya gəlib. Bir müddətdən sonra cütlük arasında mütəmadi mübahisələr olub və onlar rəsmi qaydada boşanıblar. Qadın övladları ilə birlikdə Bərdə rayonuna, valideynlərinin yanına qayıdıb.
Hadisədən bir müddət sonra Yusif uşaqlarına aliment ödəsə də, Günay ona övladları ilə görüşə icazə verməyib. Yusif bir neçə dəfə keçmiş həyat yoldaşına bu barədə xəbərdarlıq etsə də, Günay onun hədələrinə məhəl qoymayıb.
Bundan hiddətlənən Yusif rayon ərazisindəki mağazalardan birindən bıçaq alaraq Günayın yaşadığı evə gəlib və uşaqlarını görməyi tələb edib. Bu vaxt tərəflər arasında yenidən mübahisə yaranıb və Yusif özü ilə gətirdiyi bıçaqla azyaşlı uşaqlarının gözü qarşısında Günaya bədəninin müxtəlif nahiyələrindən 16 zərbə endirib. O, qadının öldüyünü zənn edərək hadisə yerindən qaçıb .
Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Həkimlərin səyi nəticəsində Günay sağ qalıb.
Faktla bağlı cinayət işi başlanıb və Yusif polis əməkdaşları tərəfindən saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 882 Tarix: 02 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabrKüçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO
Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla
11 sentyabr