Tayvan gələn il yeni "Tyanqun-4" zenit-raket kompleksləri istehsal edəcək
Tayvan gələn il yeni "Tyanqun-4" zenit-raket komplekslərinin (ingiliscə adı "Sky Bow IV") istehsalına başlamaq üçün büdcədən maliyyə ayırıb.
"Report" xəbər verir ki, bu barədə "Taipei Times" qəzeti adanın müdafiə qurumuna istinadən məlumat yayıb.
Məlumata əsasən, ümumilikdə 122 ədəd "Tyanqun-4" nəqliyyat və buraxılış konteynerinin sifarişi planlaşdırılır. Adanın silahlı qüvvələri 2026-cı ildə artıq 46 konteyner, bir ildən sonra isə 76 konteyner almalıdır. Nəşr qeyd edir ki, yeni zenit-raket kompleksləri 70 km-ə qədər yüksəklikdə qanadlı və ballistik raketlər də daxil olmaqla hava hədəflərini vurmaq üçün nəzərdə tutulub.
Bundan əlavə, Tayvan adı hələ açıqlanmayan yeni səkkiztəkərli zirehli döyüş maşınında istifadə üçün nəzərdə tutulan avadanlıq və silahların istehsalı üçün vəsait ayırır. Qəzetin yazdığına görə, avtomobil Tayvanın CM-33 avtomobillər ailəsinə əsaslanır və 2023-cü ilin sonlarında ilkin istismar qabiliyyətinin qiymətləndirilməsindən keçib. Yeni zirehli döyüş maşınının sınağı gələn ilin iyun ayına kimi başa çatdıracağı, 2028-ci ildən başlayaraq bir neçə partiyada 500 avtomobil üçün sifarişlərin yerləşdiriləcəyi gözlənilir.
Döyüş maşını 105 mm-lik top və 12,7 mm-lik pulemyotla silahlanacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 682 Tarix: 03 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ali Radanın deputatı Zelenskinin varisini açıqladı
"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq
18 oktyabrƏrdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"
"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa
17 oktyabrİran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
18 oktyabrABŞ-də xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib
ABŞ-nin Kaliforniya ştatında xaker milyonlarla şagirdin fərdi məlumatlarına çıxış əldə edib. "Report" xəbər verir ki, bu barədə "Reuters" Kaliforniyanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Qurumun məlumatına görə, sızma son üç tədris ilindəki bütün şagirdlər barədə məlumatlar
17 oktyabrFransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video
Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə
18 oktyabr